“Qubadlı və Zəngilanı almaq demək olar ki, vaxt məsələsidir” – TƏHLİL

“Ermənistan yaxın günlərdə öz strategiyasında dəyişiklik etməyə məcbur olacaq. Çünki Ermənistanın iqtisadi resursları kifayət etmir ki, Azərbaycanla uzunmüddətli müharibə aparsın. Artıq onların insanları da ərazidə qalmır”.

Bu fikirləri Qazet.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. O qeyd edib ki, hazırda Ermənistan iqtisadiyyatı çöküş yaşayır. Bu isə Dağlıq Qarabağla bağlı prosesləri sürətləndirəcək.


Qocaları belə orduya çağırırlar. Bu onu göstərir ki, onların resursları tükənir. Cəbhədə gedən döyüşlərə nəzərə saldığımızda görürük ki, bu həftələrdə Ermənistan tərəfi əsas döyüş strategiyasını itirib. İşğal edilmiş rayonlarda qurulan sədlər Azərbaycan Ordusu tərəfindən dağıdılır. Azərbaycan Ordusu asanlıqla o istehkamları keçib. Yaxın günlərdə döyüşlər daha çox dağ ərazilərində aparılacaq. Burada da onlar tədbirlər görüblər. Əsas ərazilər bizdədir. Bu, siyasi baxımdan o deməkdir ki, bizimlə onlar ”ticarət” apara bilməzlər. O vaxt 5 rayondan söhbət gedirdi. Təxminən 3 rayon əlimizdədir. Qubadlı və Zəngilanı almaq demək olar ki, vaxt məsələsidir.
– İlqar Vəlizadə (Politoloq)
- Advertisement -

Çətinliklə döyüş meydanında qalan ermənilər daxili problemlər səbəbindən geriyə addım ata bilmirlər. Məsələ belə olduqda isə Azərbaycanın şərtləri sərtləşir.

“Bizim şərtlərimiz daha da sərtləşir. Onların mövqeyi zəifləyir. İqtisadi baxımdan da tab gətirə bilməzlər. Onların daxili problemləri də var. Ermənistan pandemiya ilə də mübarizə aparır – günlük yoluxma 2 minə yaxındır. Onların səhiyyə sistemləri də pis vəziyyətdədir, sərhədləri bağlıdır. Paşinyan digər ölkələrdən imdad istəsə də heç bir kömək gəlmir. Nə qədər diaspor kömək edəcək? Bir neçə dəfə birləşib kömək etdilər. Onların da öz maraqları var. Onlar bütün mülklərini Ermənistan üçün satmayacaqlar. Bu məsələdə Ermənistan üçün son yoxdur”.

Baş verən proseslər onu göstərir ki, Dağlıq Qarabağla bağlı məsələ sona yaxınlaşır – təbii ki, Azərbaycanın xeyrinə.


“Demək olar ki, həllə yaxınlaşırıq. Burada həm siyasi, həm də hərbi həlldən söhbət gedir. Hadisələr göstərir ki, Azərbaycan hərtərəfli güclüdür. Düşmənə heç bir ölkədən dəstək yoxdur. Fransa və Rusiya Minsk qrupunun üzvləri olduqları üçün tərəfsizdirlər. Ermənilərin xarici strategiyası da dağılıb”.

– İlqar Vəlizadə (Politoloq)


Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

ŞOK! Əsgərlərimiz BU YOLLA Gedərkən… 40-A YAXIN ERMƏNİ…

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad etmək uğrunda apardığı Böyük Vətən müharibəsi bir neçə səbəbdən dünya hərb tarixinə yazılıb.

Bakı polisinə yeni rəis təyin edildi

Qazet.az xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə bu vəzifəyə polis polkovniki Əkbər İsmayılov təyin olunub.

Özbəkistan investorları Qarabağa sərmayə yatırmağa dəvət edilib

Özbəkistan investorları Qarabağa sərmayə yatırmağa dəvət edilib

Dövlət Vergi Xidməti “ƏDV geri al” layihəsi ilə bağlı açıqlama yayıb

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir

“Real Madrid”in müdafiəçisi Daniel Karvaxal zədələnib

"Real Madrid" komandasının futbolçusu Daniel Karvaxal zədələnib