Azərbaycanda suvarma suyu ilə bağlı problem aradan qalxır – TƏHLİL

“Tərtər çayının sularından biz məhrum idik. Çünki Sərsəng, Suqovuşan su anbarları ermənilərin əlində idi, suyu kəsirdilər və biz məcbur olub bu bölgələrdə yüzlərlə subartezian quyusu qazmışıq. Bunun da böyük maliyyə yükü var – həm onların qazılmasında, həm də ki, istismarında, çünki enerji sərf olunur. Biz Suqovuşan qəsəbəsini azad edəndən sonra artıq suyun axını təmin edilib, ancaq indi kanallar problemi üzə çıxıb. Çünki bu kanallar uzun illər ərzində istifadəsiz qalıb”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirdiyi müşavirə zamanı deyib.

- Advertisement -

Ölkə başçısı işğaldan azad edilən ərazilərdə çaylar və su anbarları ilə bağlı mühüm tapşırıqlar verib.

Əsas su anbarlarında 20,5 milyard kubmetr tutum olduğu halda cəmi 10,5 milyard kubmetr su mövcuddur. Bunun da 8,6 milyard kubmetri ölü həcmdir.

Qazet.az xəbər verir ki, son illər qlobal iqlim dəyişikliyi bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da suvarma suyuna olan təlabatı əhəmiyyətli şəkildə artıb. Təəssüflər olsun ki, böyük layihələrin həyata keçirilməsinə baxmayaraq ölkədə kənd təsərrüfatı suvarma suyuna olan təlabatı tam ödəyə bilmir.

Bəs işğaldan azad edilən ərazilərdə görüləcək işlər ölkə iqtisadiyyatına necə təsir edəcək?

Qazet.az-ın suallarını cavablandıran AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov bildirib ki, Prezidentin tapşırıqları Azərbaycanda suvarma suyuna olan təlabatı əhəmiyyətli şəkildə dəyişəcək.


“Sərsəng və Suqovuşan su anbarları yaradılan zaman həm suvarma, həm də elektrik enerjisi əldə edilməsi üçün nəzərdə tutulmuşdu. Əsas məqsəd Qarabağın düzənlik hissəsinin su ilə təminatı yaxşılaşdırmaq idi. İşğal nəticəsində problemlər üzə çıxdı. Orada sol sahil və sağ sahil Tərtər kanalları çəkilmişdi ki, bu 27-28 il ərzində heç bir suvarma aparmaq mümkün olmadı. Bizim kənd təsərrüfatına külli miqdarda ziyan dəydi. Sözügedən sulardan istifadə edə bilməməyimiz işğal edilməmiş ərazilərimizə də ciddi zərər vurub. Prezidentin işğaldan sonra tapşırıqları oldu ki, sağ sahil və sol sahil yenidən qurulsun. O kanallar yararsız halda idi. Onların müasir formada bərpası aparılacaq”.

– Mirnuh İsmayılov (Coğrafiya İnstitutunun şöbə müdiri)


Sərsəng və Suqovuşan su anbarlarından istifadə isə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək.

“Sərsəng və Suqovuşandan istifadə bütün Azərbaycan üçün əlverişlidir, iqtisadiyyatımız üçün çox vacibdir. Əsas məqsəd Tərtər çayına yaxın əraziləri suvarmaqdır. Qarabağ kanalına qədər olan ərazilərin suvarılmasında bu sulardan geniş istifadə ediləcək. Əvvəllər artezian sularından istifadə edirdik – bu sulardan məişətdə istifadə daha səmərəlidir. Suvarma üçün vacib olan çay sularıdır, çünki bu sular daha zəngindir və bitkilərin inkişafına daha yaxşı təsir edir. Ümumiyyətlə, iqlim dəyişikliyi gedir. Yay aylarında, xüsusən Aran rayonlarında bu dəyişiklik daha qabarıq görünür, su ilə bağlı ciddi problemlər yaranırdı. Kür çayında da ciddi problemlər yaranıb. Əkinçiliyi də suvarma olmadan inkişaf etdirmək mümkünsüzdür”, – Mirnux İsmayılov qeyd edib.

İqlim şəraitinin ildən-ilə dəyişməsi yeni və innovativ addımlar atmağa çağırışdır. Bundan sonra suvarmadan istifadə də səmərəli olmalıdır. Belə ki, torpaq ciddi yoxlanılmalı və az su tələb edən bitkilər yetişdirilməlidir.

Suvarma texnologiyasını da dəyişməliyik – yəni damcı və ya yağış yağdırma üsulu ilə olmalıdır. Bu sistemlərdən istifadə üçün dövlətin lazım olan maliyyəsi var. Müəyyən investisiyalar ayırmaq olar, fermerlərə yardım göstərmək olar. Dünyanın hər yerində kənd təsərrüfatı rentabelli deyil. Buna adətən dövlət nəzarət edir. Kənd təsərrüfatının strukturu da dəyişməlidir. Qarabağın işğaldan azad edilən ərazilərində hansı bitkilər əkiləcək? Suyu az tələb edən, lakin məhsuldarlğı yüksək olan əkinlər aparılmalıdır. Buna xüsusi nəzarət edilməldir. Əkinin strukturu dəyişməlidir.
— Mirnuh İsmayılov, AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru

Qeyd edək ki, su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, artan tələbata uyğun dayanıqlı su təchizatının təmin edilməsi, su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə milli strategiya və onun həyata keçirilməsi üzrə fəaliyyət planının layihələri artıq hazırlanıb.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Ədliyyə Nazirliyi 3 300-ə yaxın aktı hüquqi ekspertizadan keçirib

“2020-ci ildə Ədliyyə Nazirliyi tərəfindən 1 800-dək qanunvericilik aktı layihəsi hazırlanıb, 3 300-ə yaxın akt hüquqi ekspertizadan keçirilib, 3 9 milyon notariat hərəkəti rəsmiləşdirilib, 290 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb”.

Azərbaycan XİN açıqlama yaydı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN nümayəndəsinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İSESKO Baş direktoru ilə görüşü zamanı çıxışına dair bəyanatını şərh edib.

Tanınmış aparıcı Mikayılın verilişi bağlandı, özü isə…

Aparıcı Mikayıl Güləddinoğlunun "Space"də yayımlanan "Sevimli mahnı" proqramının yayımı dayandırılıb.

Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin edib

Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinə yeni rəis təyin olunub.

Dünya Tramp və Pompeosuz daha yaxşı olacaq – Zərif

Dünya Tramp və Pompeonun gedişindən sonra daha yaxşı olacaq.