Rusiya və Ermənistan Azərbaycana tranzit haqqı ödəyəcək – EKSKLÜZİV

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyanat imzalayıblar.

Qazet.az xəbər verir ki, sənəddə 2020-ci il 9 noyabr tarixli bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəkləndiyi qeyd edilir.

- Advertisement -

Həmçinin bəyanatın II bəndinə əsasən, İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.

Sözügedən bəyanata əsasən, nəqliyyat dəhlizləri açılır ki, bu da Azərbaycanın maraqlarına cavab verir. Belə ki, ərazidən yüklərin daşınmasına görə Azərbaycan tranzit gəliri əldə edəcək.

Politoloq İlqar Vəlizadə Qazet.az-a açıqlamasında bildirib ki, Rusiya Azərbaycana tranzit haqqı ödəyəcək.


“Nəqliyyat dəhlizləri açılırsa, tranzit bərpa olunursa, Rusiya tranzit haqqı ödəyəcək. Ermənistan dəmiryolları Rusiyaya məxsusdur. Burada onun törəməsi olan Cənubi Qafqaz dəmiryolu şirkəti fəaliyyət göstərir. Bu da Rusiyaya məxsusdur. Onlar da Ermənistanın dəmiryollarına nəzarət edirlər. Ermənistanın yükdaşımaları Azərbaycan ərazisindən keçəcəksə və ya Rusiya tərəfindən Ermənistan istiqamətinə yükdaşımalar olacaqsa, Azərbaycana tranzit haqqı ödənəcək.

Düşünürəm ki, ödənişi Rusiya edəcək. Əlaqələr elə qurulacaq ki, tranzit haqları nəzərdə tutulacaq. Azərbaycan burada öz mənfəətini qazanacaq. Biz əsasən münasibətləri Ermənistanla deyil, Rusiya ilə quracağıq. Rusiya da məsələləri Ermənistanla tənzimləyəcək”.

– İlqar Vəlizadə (Politoloq)


Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

ABŞ kubalı nazirə qarşı sanksiya tətbiq edib

ABŞ Kubanın Daxili İşlər naziri Lasaro Alberto Alvares Kasası və onun rəhbərlik etdiyi nazirliyin adını sanksiya siyahısına salıb.

​​​​​​​“WhatsApp”dan son qalmaqala görə YENİ QƏRAR

“WhatsApp” istifadəçi müqaviləsinə 8 fevralda tətbiq edəcəyi yenilənmənin icrasını təxirə salıb.

Ermənilər ŞOKDA – Bu FOTO ölkəni qorxuya saldı

Erməni ictimai fəal Narek Samsonyanın sosial şəbəkələrdə paylaşdığı foto ölkəsində təşvişə səbəb olub.

Dünyada 2 milyon insan koronadan öldü

Yer Kürəsində koronavirusdan ölənlərin ümumi sayı 2 milyonu ötüb.

Ötən il 7 siyasi partiya dövlət qeydiyyatına alınıb

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin videkonfrans formatında geniş kollegiya iclası keçirilib.