Zod qızıl yatağına Rusiya nəzarət edəcək? – TƏHLİL

Ermənistanın “Jamanak” qəzeti Sotk (Zod – red.) qızıl mədəni ilə bağlı təxribat xarakterli məqalə dərc edib.

Qazet.az xəbər verir ki, Kəlbəcər rayonu ərazisində olan mədən işğal müddətində istismar edilib. Məlumata görə, mədəni istifadə edən şirkət Rusiyaya məxsus şirkətdir.

- Advertisement -

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan qızıl yatağı ilə bağlı Ermənistan mətbuatında bildirilir: “Mədən Azərbaycanın nəzarəti altına keçdiyindən, hazırda istismara verilmədiyi üçün bu yaxınlarda rəhbərliyin dəyişəcəyi gözlənilmir. Mədən sahibləri ruslardır və əldə etdiyimiz məlumata görə, Rusiya nəzarəti əlində saxlamaq üçün hər şeyi edir. Bildirilib ki, Rusiyaya məxsus avadanlıq mədəndə həm Rusiya, həm də Azərbaycan hərbçiləri tərəfindən istifadə olunur”.

Ekspertlər hesab edir ki, yayılan bu məlumat təxribat xarakterlidir. Çünki ərazi Azərbaycanındır və hansısa şirkət Azərbaycanın razılığı olmadan orada fəaliyyət göstərə bilməz.

İqtisadçı-ekspert Elşad Məmmədov Qazet.az-a açıqlamasında məqalədə yazılanların həqiqəti əks etdirmədiyini deyib.


“O şirkət inanmıram ki, Rusiyanın dövlət şirkəti olsun. Rusiya o ərazilərin Ermənistana aid olmasını heç vaxt tanımayıb. Əgər özəl qurumdan söhbət gedirsə, o özəl qurumun faəliyyətinə Rusiya cavabdeh deyil. Rusiya sülhməramlılarının həmin qurumun fəaliyyətini müdafiə edəcəyi ağlabatan deyil. Hesab edirəm ki, bu, erməni tərəfinin növbəti yalanı ola bilər. Rusiya və ya başqa bir dövlətin rəsmi strukturu tanınmayan ərazidə heç bir zaman nə kəşfiyyat, nə də hasilat işləri həyata keçirə bilər”.

– Elşad Məmmədov (İqtisadçı-ekspert)


Uzun illər işğal altında olan Azərbaycan torpaqlarında onlarla bu kimi şirkət qanunsuz fəaliyyət göstərib. Hazırda həmin şirkətlərə qarşı beynəlxalq hüquqa uyğun olaraq tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

“İşğal edilmiş ərazilərdə müxtəlif ölkələrə məxsus şirkətlər fəaliyyət göstərib. Onlar özəl şirkətlər idi. Onlara öz hökumətləri tərəfindən xəbərdarlıq edilmişdi ki, həmin fəaliyyət qeyri-qanunidir. O fəaliyyətə görə dövlətləri onlara dəstək göstərə bilməz”.

Hazırda işğaldan azad edilən ərazilərdə fəaliyyəti dayandırılan qeyri-qanuni şirkətlərə kompensasiya biz tərəfdən verilməyəcək. Bunu Ermənistan belə etməyəcək. Ermənistan işğal edilmiş əraziləri öz tərkib hissəsi kimi tanımamaqla bərabər, qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini də tanımamışdır. Heç bir ölkə qondarma “DQR”nı tanımayıb.
— Elşad Məmmədov (İqtisadçı-ekspert)

Qeyd edək ki, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 il Ermənistan respublikasının işğalçı rejimi tərəfindən talan edilib. Mədəndə çıxarılan 1 ton filizin tərkibində minimum 0,8 qram qızıl var. Zod qızıl yatağının ümumi potensialı 8 milyard dollar dəyərində qiymətləndirilir.

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, noyabrın 25-də Kəlbəcər rayonu ərazisindən çıxan Ermənistan qoşunları bu yatağı tam ələ keçirməyə çalışaraq noyabrın 25-də sərhədi 1,5 km irəli çəkmiş, yolda “sərhəd darvazası” quraşdırmışdı. Bir gün sonra Azərbaycan hərbçiləri həmin darvazanı sındıraraq Zoda daxil olublar. Hazırda Zodda Azərbaycan Ordusunun 3, Ermənistanın 1 postu var. Azərbaycan, Rusiya və Ermənistanın nümayəndələri GPS vasitəsilə dövlət sərhədinin Zoddan keçən hissəsini müəyyənləşdiriblər.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

65 yaşdan yuxarı şəxslərin peyvəndlənəcəyi tarix açıqlandı

Fevralın 1-dən 65 yaşdan yuxarı olan şəxslərin vaksinasiyasına başlanılacaq

Səhiyyə Nazirliyi: Vaksin təhlükəsizdir

"Əhalini vaksinasiyada aktiv iştirak etməyə çağırırıq"

2 gün sonra Azərbaycanda vaksinasiya başlayır – RƏSMİ AÇIQLAMA

"18 yanvardan biz vaksinasiyaya start verəcəyik"

Beynəlxalq və ölkədaxili uçuşlara icazə veriləcək

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı qərarında bildirilir