Qarabağ haqqında verilən şərhlər insanları çaşdırır – AKTUAL

“Qarabağ müharibəsi haqqında danışarkən bəzən bilərəkdən və bilməyərəkdən fantastik şərhlər verilir, Moskva görüşündən əvvəl və sonra sosial şəbəkələrdə bir qrup şəxsin siyasi proseslərdən uzaq olan vətəndaşları reallıqdan uzaq məlumatlarla çaşdırması təəssüfedici haldır. Unutmamalıyıq kı, müasir dünyada müharibə etmək “hüququ” yalnız və yalnız qlobal güclərə məxsusdur. İkinci dünya müharibəsindən sonra hansı coğrafi cəhətdən kiçik dövlət müharibə etdi və hərbi əməliyyatlarla məqsədinə çatdı? Yalnız Azərbaycan və İsrail”.

Bu fikirləri Qazet.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Politoloq vətəndaşları məlumat alarkən diqqətli olmağa çağırıb.


- Advertisement -

“O ki, qaldı təxribatlara uyanlara, gəlin reallıq ilə istəklərimizi qarışdırmayaq. İstək və ambisiyanı düzgün ölçməmək dəhşətli nəticələrə gətirib çıxara bilər. Uzağa getməyə ehtiyac yoxdur. Qonşu Gürcüstanın “ayağını yorğanına görə uzada bilməməsi”nin nəticəsi bu ölkənin torpaqlarının işğalı ilə nəticələndi. Türk-müsəlman dövləti olan coğrafi cəhətdən kiçik Azərbaycan məhz soyuqqanlı, rasional siyasət nəticəsində dünənə qədər dünyanın həll edilməsi ən çətin münaqişələrindən sayılan Qarabağ münaqişəsinin həllinə müvəffəq oldu, Dağlıq Qarabağın gələcəyinin sərhədlərimiz daxilində olacağını Rusiya kimi dövlətə qəbul etdirə bildi”.

– Zaur Məmmədov (Bakı Politoloqlar Klubunun sədri)


“Azərbaycan sentyabrın 27-i başlayan hərbi əməliyyatlar nəticəsində həm döyüşlərdə, həm də beynəlxalq arenada Ermənistan dövlətinə, ümumdünya erməni diasporasına və erməni kilsəsinə qalib gəldi. Azərbaycan həm də, ermənilərin dünyadakı havadarlarını fakt qarşısında qoydu. I Pyotrdan başlayaraq, Rusiya, ABŞ, Fransa, Britaniya və digər xristian dövlətləri uzun onilliklər idi ki, bölgədə haylar vasitəsilə öz maraqlarını həyata keçirməkdə idilər. Vətən müharibəsindəki qalibiyyət Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi konfiqurasiyanın əsasını qoydu. İran və Rusiya kimi qonşularımızın qəbul etməli olduğu konfiqurasiyanın”, – deyə Zaur Məmmədov qeyd edib.

Politoloq əlavə edib ki, rahatlaşmaq olmaz. Qarşıda görüləsi işlər çoxdur. Xankəndində bayrağımızın ucaldılması, sülhməramlılarla vidalaşma və s.

Qazet.az
Qazet.az
Xəbər müəllifi

Rusiya Kurildə təlimlərə başladı – Yaponiyadan etiraz

Yaponiya Xarici İşlər Nazirliyi Cənubi Kurildə keçirdiyi hərbi təlimlərə görə Rusiyaya etiraz edib.

Azərbaycan hərbçilərinin Zəngəzura daxil olması xəbərinə RƏSMİ AÇIQLAMA

Bu gün Ermənistan sosial media seqmentində Azərbaycan hərbçilərinin Zəngəzur ərazisinə daxil olması xəbəri yayılıb.

SON DƏQİQƏ! Sumqayıtda avtobus qaçırıldı – VİDEO+Yenilənib

Sumqaytda içərisində məhbus olduğu deyilən şübhəli avtobusun qaçırılması ilə bağlı məlumat yayılıb.

Türkiyədə 2,5 milyon insan koronaya yoluxdu

Türkiyədə son sutka ərzində daha 113 nəfər koronavirusdan vəfat edib.

FETÖ-çu iş adamı yaxalandı: evindən qızıl tapança tapıldı

Türkiyənin paytaxtı Ankarada FETÖ-çu iş adamı Emin Ərənər və həyat yoldaşı Nəsrin Ərənər hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.