Sabah Ramazan bayramıdır – Fitrə zəkatı necə verilməlidir? – EKSKLÜZİV

İslam dinində müqəddəs günlərdən, bayramlardan biri də Fitr bayramıdır. Fitr bayramı mübarək Ramazan ayının bitməsini bildirən bayramdır.

Qazet.az xəbər verir ki, sabah Ramazan bayramı qeyd ediləcək. Suallarımızı cavablandıran ilahiyyətçi Elşad Miri bildirir ki, fitrə sədəqəsi isə Ramazan bayramından əvvəl verilməlidir

“Bayram sabahdır. Sabah hamı eyni gündə bayramlarını qeyd etməyə başlayacaqlar. Bayramdan əvvəl verilməli olan fitrə sədəqəsi isə həmin o Ramazan bayramından əvvəl verilməlidir ki, hamı bayramı qeyd edə bilsin. Bu da əsasən imkanlı insanların üzərinə düşən bir vasitədir. Məsələn müəyyən rəqəmlər təyin ediblər. 5 manat, 10 manat. Bir şeyi düşünmək lazımdır ki, biz özümüz 5-10 manatla bayram edə bilirik? Edə bilmirik. Bunu nəzərə alıb tətbiq etmək lazımdır. Məqsəd bir insanın bayramına şərik olmaqdır. Cibinin kənarında qalan 5-10 manatla Allah qarşısında borcu yerinə yetirmək deyil”, – deyə Elşad Miri qeyd edir.

Koronavirus pandemiyası səbəbindən 10 nəfərdən artıq insanın toplaşması qadağan edilib. Bu səbəbdən böyükləri ziyarət etmək istəyənlər telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər.

“Pandemiya dövrüdür. Belə zamanda telefonla, görüntülü olaraq zəng etmək, danışmaq, ünsiyyət qurmaq mümkündür. Rayonlara gedib gələ bilməyənlər üçün. Kimin gücü çatırsa müxtəlif poçt vasitəsi ilə dəstək ola bilərlər. Pul göndərə bilərlər. Hər hansı bir formada yardım etmək bu gün mümkündür”.

DƏHŞƏTLİ İSTİLƏR gəlir – Nazirlik xəbərdarlıq etdi

Azərbaycanda iyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb

Pensiyaların orta aylıq məbləğində artım olub

2020-ci ilin 6 ayında pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım qeydə alınıb

Koronavirusa yoluxan millət vəkili evə buraxılıb

Koronavirusa yoluxan deputat Sahib Alıyev xəstəxanadan buraxılıb

Mədət Quliyevə yeni müavin təyin edilib

Sərəncama əsasən, Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müavini təyin olunub