Bakı 17˚C Sunny

Ermənistanda atışma - ölən və yaralanan var

Hadisə 04:13 19 avq, 2022
Hadisə yerindən “Makarov” markalı tapança, avtomobildə isə qan izləri aşkar edilib.
Ermənistanda atışma - ölən və yaralanan var

Ermənistanın Armavir bölgəsində atışma olub.

"Qazet.az" erməni mətbuatına istinadən xəbər verir ki, saat 21:40 radələrində Vağarşapat polis şöbəsinə və Fövqəladə Hallar Nazirliyinin 911 xilasetmə xidmətinin əməliyyat qərargahına Eçmiədzin şəhərinin Qnunyants küçəsində avtomobillərin toqquşması barədə məlumat daxil olub.

Göstərilən yerdən güllə yarası alan 2 nəfər Vağarşapat tibb məntəqəsinə yerləşdirilib.

Polis qeyd olunan yerdə bir neçə avtomobil, o cümlədən çoxsaylı güllə izləri olan Mercedes Brabus aşkar edib. Məlum olub ki, onlar "Brabus"a atəş açıblar, onun sürücüsü yaralı halda xəstəxanaya çatmaq istəyib.

Daha sonra xəstəxanadan bildirilib ki, yaralılardan biri özünə gəlmədən dünyasını dəyişib. Faktla bağlı istintaq şöbəsində cinayət işi başlanıb. Polis və istintaq şöbəsi hadisənin başvermə şəraitini araşdırır.

Hadisə yerindən “Makarov” markalı tapança, avtomobildə isə qan izləri aşkar edilib.

Mənbənin sözlərinə görə, öldürülən şəxsin atası keçmiş polis əməkdaşı olub.