Bakı 16˚C Sunny

Finlandiya Rusiyadan izahat tələb edib

Gündəm 21:53 18 avq, 2022
Rusiya-Finlandiya gərginliyi
Finlandiya Rusiyadan izahat tələb edib

Finlandiya Xarici İşlər Nazirliyi Rusiya qırıcılarının bu ölkənin hava məkanını pozması ilə bağlı izahat tələb edib.

Qazet.az tass-a istinadən xəbər verir ki, rəsmi Helsinki bununla bağlı Rusiyanın Finlandiyadakı səfirliyinə nota göndərib.

Finlandiya XİN-dən faktla bağlı araşdırma aparıldığı, proses yekunlaşdıqdan sonra əlavə məlumat veriləcəyi bildirilib.

Xatırladaq ki, Finlandiya Müdafiə Nazirliyi Rusiyanın iki qırıcısının ölkənin hava məkanını pozduğunu açıqlayıb. Hadisə avqustun 18-i səhər saatlarında Fin körfəzindəki Porvoo sahil şəhəri yaxınlığında baş verib.