260 türk həkimdən örnək addım: Cəbhədə bayram sovqatı

Qurban bayramı ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbir Qarabağdan sonra qərb bölgəsində, Erməni təxribatının baş verdiyi Tovuz rayonunda Azərbaycan Respublikası Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Qazet.az Axar.az xəbər verir ki, Türkiyənin Milliyyətçi Həkimlər Birliyinin İdarə heyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə müharibə veteranları, şəhid ailələri, məcburi köçkün və müharibə əlilləri, həmçinin bu qəbildən olan insanlar ziyarət edilərək onlara qurban bayramı sovqatları paylanıb. Qardaş ölkənin tibb işçiləri hər il öz qurbanlarını Azərbaycanda Qarabağ bölgəsində kəsib, şəhid ailələri və hərbçilərimizlə bayramlaşırlar. Bu il də dərnəyin üzvləri, 260 tibb işçisinin qurbanları Tərtər, Ağdam, Beyləqan, Ağcabədi, Bərdə Ağstafa, Qazaxda kəsilib. Sağlamlıq keşikçiləri bu dəfə erməni təxribatından zərər çəkən Tovuz rayonunun Ağdam kəndində də qurbanlar kəsib, şəhid ailələri və hərbçilərimizin bayramını təbrik ediblər. Qonaqlar daha sonra Ağstafa rayonunda şəhid ailələrinə baş çəkərək onların Qurban bayramlarını təbrik ediblər.

Bu cür addımlar bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Türkiyəli tibb işçiləri qurban payı ilə bərabər, şanlı türk bayrağını da şəhid ailələrinə əmanət ediblər. Bayraqları təhvil alan şəhidlərimizin ailə üzvləri bayraqları öpüb, gözlərinə qoyaraq təhvil alıblar. Duyğulu anlar isə şəhid övladının türk bayrağını qəbul etdiyi zaman yaşanıb.

Sonda türkiyəli qonaqlara Tovuzun rəmzi olan, milli musiqi alətimiz saz hədiyyə olunub. Bildirilib ki, bu qardaşlıq bundan sonra da daha sıx və daha əhatəli şəkildə davam etdiriləcək.

Bakı çimərliklərində dənizdə üzmək qadağan edildi

Bakıdakı çimərliklərə gələnlərə dənizdə üzmək qadağan edildi

Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib

Neftçala Rayon Polis Şöbəsinə şəhər ərazisində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub

Şimaldan cənuba qədər sahil zolağının təmizlənməsi işləri davam edir

Belə tədbirlərdən biri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xəzər televiziyasının təşəbbüsü ilə Abşeron milli parkının Xəzər sahili sanitariya-mühafizə zonasında baş tutub

İlham Əliyev Bakıya gətirilmiş yeni “London taksi”ləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub

Prezidentin köməkçisi: “Erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsinin həllinə maneələr törədir”

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən deyib