ABŞ-dan Azərbaycandakı vətəndaşlarına XƏBƏRDARLIQ – Abşerondan çıxmayın!

“QAZET” APA-ya istinadla xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.

“ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ vətəndaşlarını gərginliyin artması və Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində baş verən son hadisələrlə əlaqədar Abşeron yarımadası xaricində vacib olmayan səyahətlərdən qaçmağa çağırır. ABŞ-ın Bakıdakı səfirliyi səfirlik işçilərinə və onların ailə üzvlərinə Abşeron yarımadasından kənarda səyahət etməməyi tapşırıb”, – deyə səfirliyin məlumatında bildirilib.

- Advertisement -

Səfirlik Azərbaycanın bütün regionlarındakı ABŞ vətəndaşlarına son hadisələri bilmək üçün yerli medianı izləməyi tövsiyə edib.

“ABŞ səfirliyi ABŞ vətəndaşlarını ictimai yerlərdə ehtiyatlı davranmağa və hər hansı yarana biləcək nümayişdən uzaq olmağa çağırır. Səfirlik təhlükəsizlik vəziyyətini izləməyə və ehtiyac olduqda əlavə məlumat verməyə davam edəcək”, – səfirliyin yaydığı məlumatda bu da qeyd olunub.

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

ABŞ-da son 24 saat ərzində koronavirusa 83 757 nəfər yoluxub

Bu barədə Cons Hopkins Universitetinə istinadən xəbər verir

Düşmənin aldadaraq işğal olunmuş ərazilərə gətirdiyi əsgər və könüllülərə silahı yerə qoymaq təklif edilib

Bu barədə Qazet.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib

Gəncədə 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub

Düşmənin atəşi nəticəsində hazırki vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır

İşğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmaq tövsiyə edilir

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edərək onların xəsarət almaması üçün hərbi obyekt və infrastrukturdan uzaq durmasını tövsiyə edir

Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama

Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin tvitter səhifəsində yazılıb