Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edilib – ƏMR

Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib.

Qazet.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

- Advertisement -

Əmrə əsasən, polis polkovniki Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

Əkbər İsmayılov buna qədər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi olub.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov bir müddət əvvəl vəzifəsindən azad edilərək, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası idarənin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyevə tapşırılmışdı.

Avatar
Müseyib Baxşəliyev
Xəbər müəllifi

Nazir müavini: “2 650 şəhidin 6 500 ailə üzvünə sosial ödənişlər təyin edilib”

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib

Polietilen torba istehsalçıları ilə görüş keçirilib

Dövlət Xidməti tərəfindən polietilen torbaların idxalını həyata keçirən sahibkarların telefon nömrələrinə maarifləndirici SMS-lər də göndərilib

Oqtay Şirəliyev və Ramin Bayramlıya koronavirus əleyhinə peyvənd vurulub

Qazet.az xəbər verir ki, nazir bu gün vaksinasiya olunacaq ilk şəxslərdən biridir

Bursadakı Erməni kilsəsi satışa çıxarılıb – Erməni KİV

Türkiyənin Bursa şəhərindəki erməni kilsəsi satışa çıxarılıb

Postlardan keçmək istəyən 4 000 nəqliyyat vasitəsi geri qaytarılıb

Bu barədə Qazet.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib