Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda I yerdədir

Azərbaycan dünyanın 138 ölkəsi arasında hərbi gücünə görə 64-cü yeri tutub.

Qazet.az xəbər verir ki, bu barədə “Global Firepower” təşkilatının 2021-ci il üzrə hesabatında bildirilib.

- Advertisement -

Reytinqə əsasən, Azərbaycan Ordusu qüdrətinə görə Cənubi Qafqazda birinci yerdə qərarlaşıb. Qonşu Gürcüstan siyahıda 92Ermənistan isə 100-cü yerdədir.

Hesabatda qeyd olunub ki, Azərbaycanda 3,7 milyondan çox hərbi xidmətə yararlı insan var. Silahlı Qüvvələrdə 425 min hərbçi qulluqçu var ki, onların da 125 mini aktiv xidmətdədir.

Azərbaycan Ordusunun arsenalında 145 təyyarə və helikopter, 1 052 tank, 1 450 zirehli maşın, 242 özüyeriyən atrilleriya, 307 ədəd yedəkli artilleriya və 245 reaktiv qurğu, dəniz flotunda isə 31 gəmi var.

Araşdırmada bildirilib ki, müharibənin aparılması üçün əsas komponent yanacağın olmasıdır. Azərbaycan gün ərzində 800 min barel neft hasil edir, 180 min barel nefti isə istehlak edir. Ölkənin təsdiqlənmiş neft ehtiyatlarının həcminin isə 7 milyard barel olduğu qeyd edilib.

Sənədə əsasən, Azərbaycanın müdafiə büdcəsi 2,26 milyard ABŞ dolları, qızıl-valyuta ehtiyatları isə 6,7 milyard ABŞ dolları təşkil edir.

Reytinqdə ilk onluqda yer alan Rusiya dünyada II ən güclü orduya sahibdir. Türkiyə isə hərbi gücünə görə 11-ci yeri tutub. Dünyanın ən güclü ordusu ABŞ, ən zəif ordusu isə Butandadır.

Qeyd edək ki, 2020-ci ilin reytinqində də Azərbaycan 64-cü mövqedə olub.

Qazet.az
Qazet.az
Xəbər müəllifi

Əsas problemimiz Çin deyil, Şimali Koreyadır – ABŞ

Bəzi ölkələr - Rusiya, İran və Şimali Koreya bizim üçün ciddi problemlər yaradır, lakin Çinin çağırışı fərqlidir.

Pandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoydu

Ümumdünya Səhiyyə Təşkilatı dünyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının son statistikasını açıqlayıb.

İsveçdə terror hücumu: yaralılar var

İsveçdə naməlum şəxs küçədə soyuq silahla insanlara hücum edib.

Türkiyə vaksinlə bağlı Gürcüstana kömək edə bilər

“Gürcüstan və Türkiyə arasında pandemiya ilə mübarizə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub”.

“Diqlas”ın yerində nə tikiləcək? – Açıqlama

2019-cu il martın 26-da dəhşətli yanğın nəticəsində yararsız hala düşən və elə həmin ilin avqustunda söküntüsü başa çatan “Diqlas” ticarət mərkəzinin yerində hələ də hələ də heç bir obyekt tikilməyib.