Filmləri bir çox ölkədə qadağan edilən rejissor – Bernardo Bertoluççi

Bernardo Bertoluççi 1940-cı il martın 16-da İtaliyanın Parma şəhərində anadan olub. İtalyan film rejissoru Bertoluççi mavi ekranlara daşıdığı əsərləri ilə səsini dünyaya çatdırıb.

Roma Universitetindəki təhsilini yarıda qoyaraq Saolo Pasolinin 1961-ci ildə çəkdiyi “Dilənçi” (Accattone) filmində köməkçi rejissor olaraq fəaliyyətə başlayır. Sonra şeirləri və televiziya filmləri ilə tanınır. Dostoyevski və Borqesdən qidalanan Bernardo Bertoluççi mənəvi məqamlara toxunmaqla dövrünün siyasətinin sətiraltı təhlilinə geniş yer verir. İlk uğursuz evliliyindən sonra 1990-cı ildə evləndiyi Klara Peplo ilə həyatının sonuna qədər yaşayıb.

- Advertisement -

Film dünyasının ən önəmli rejissorlarından olan Bernardo Bertoluççi yaradıcılığına 1960-cı illərdə başlayıb. “Əzrail” (La commare secca) filmi ilə adını film dünyasına tanıtdıran rejissor həmin ildə “İnqilabdan öncə” (Prima della rivoluzione) filmini ekranlaşdırır.

Lakin rejissoru dünyaya tanıdan əsəri 1972-ci il də ekranlaşdırdığı “Parisdə son tanqo” (Ultimo tango a Parigi) filmi olur. Baş rollarda Marlon Brando və Maria Şineyderin oynadığı film bir çox ölkələrdə qadağan edilir. Filmin qazandığı uğur, qoyulan qadağa və film ətrafında aparılan müzakirələr Bertoluççini daha da məşhur edir.

Marlon Brando Parisə köçən bir amerikalı, Maria Sineyder isə atası Əlcəzair müharibəsində olan fransız bir əsgər obrazını canlandırır. Cütlüyün seks üzərinə qurulan münasibətlərinin film boyu gözlər önünə sərilməsi filmin qadağan edilməsinə səbəb olur.

Bertoluççinin sonralar “Hörümcəyin strategiyası” (Strategia del ragno), “Kiçik Budda” (Piccolo Buddha), “Oğurlanan gözəllik” (Io ballo da sola), “Son imperator” (L’ultimo imperatore) kimi filmləri dünyada böyük maraqla izlənir.

Sonuncu filmi “Mən və Sən” (Io e te) olan ekran işi isə 2012-ci ildə yayımlanır.

İki dəfə “Oskar” mükafatına layiq görülən Bertoluççi kinematoqrafiya sənətinə verdiyi töhfəyə görə “Müqəddəs Makr Aslanı” və “Qızıl palma budağı” mükafatları ilə təltif edilib.

Bernardo Bertoluççi həyatının son illərini əlil arabasında keçirib. O, son günlərə qədər aktivliyini qoruyur və müxtəlif kino-forumlara qatılırdı.

Məşhur rejissor 26 noyabr 2018-ci il tarixində uzun sürən xəstəlikdən sonra 77 yaşında həyata gözlərini yumub.

Bernardo Bertoluççi 2013-cü ildə baş tutan 70-ci Venesiya Beynəlxalq Film Festivalının bağlanış mərasimində səhnədə
Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir

Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi

Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi

Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb

Bu barədə Qazet.az-a Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib

Neft yenidən ucuzlaşıb

WTI markalı neftin 1 barelinin dəyəri 1,94% azalaraq 39,85 dollar təşkil edib

Berlində karantin rejimi sərtləşdirildi

Məsafəni bir metr yarım qorumaq mümkün olmayan yerdə maskalar taxmaq məcburidir