“KT müayinəsinə gedəndə addım ata, danışa bilmirdim”- Koronavirusdan sağalan pasiyentin hekayəsi

35 yaşlı Səbinə Əliyeva evdə müalicə almaqla koronavirusdan sağalıb. Qadın təcrübəsinin eyni vəziyyətdə olan insanlara kömək olacağı ümidi ilə hekayəsini Media.Az-la bölüşməyə razı olub.

Qazet.az müsahibəsindən maraqlı məqamları təqdim edir:“Ondan başlayım ki, hər gün işə, supermarketə gedirdim, metrodan istifadə edirdim. Düzdür, həmişə maskada olurdum, hətta əlcək geyinirdim. Maska tez-tez burnumu qaşındırırdı və bir də ayılırdım ki, burnuma toxunuram. Yəni bu, hər yerdə baş verə bilərdi.

Ancaq mənə elə gəlir ki, virusa iyunun 12-də keçirilən planlaşdırma iclasında yoluxdum. Yadımdadır, cümə idi. Otaqda kondisioner düz üstümə vururdu. Dəhşətli dərəcədə donmuşdum və iclasın sonunda artıq titrəyirdim. Evə birtəhər gəldikdən sonra dözülməz əzələ ağrısı hiss etməyə başladım. Elə bil kimsə ətimi bıçaqla kəsirdi. Axşam temperaturum yüksəldi. Mən “parasetamol” içdim. Qızdırmam düşdü və ağrılarım aradan qalxdı, sonra dərhal yuxuya getdim. Səhər eyni əzələ ağrısı və 39,5 dərəcə qızdırma ilə oyandım. Üç-dörd gün belə yüksək temperaturda oldum. Qeyd edim ki, nə boğazım ağrıyırdı, nə burnum tutulmuşdu.

13-16 iyun tarixlərində təcili yardım çağırdım. Telefonun dəstəyinə özümü pis hiss etdiyimi, ölmək üzrə olduğumu necə qışqıraraq dediyimi eşitməyiniz lazım idi. Yalvarırdım ki, gəlsinlər. Mənə standart bir söz deyirdilər: gözləyin və maşın çatışmır. Onlara çox qəzəbli idim. Yadıma düşəndə halım pisləşir. Heç kim gəlmədi və ümumiyyətlə, necə olduğumu öyrənmək üçün heç geriyə zəng belə etmədilər.

Bəxtim gətirib ki, anam tibb bacısıdır. Mənə “Ringer” məhlulu və C vitamini ilə infuziya tətbiq etdi. Xəstələndiyimin beşinci günü özümü çox pis hiss etdim. Gecələr boğulmağa başladım. Yenidən təcili yardım çağırdıq ki, yaxma üçün analiz götürsünlər, yenə bir şey alınmadı. Söz verdilər, amma səhərə qədər boş yerə briqada gözlədim. Həmin müddətdə isə anam mənə isti su verirdi və zəng edərək qızının öləcəyini deyirdi. Hara şikayət edəcəyimizi və müraciət etməli olduğumuzu bilmirdik… Tam ciddi düşünürdüm ki, öləcəyəm…

Ağciyərlərin kompüter tomoqrafiyasından (KT) keçmək üçün özəl klinikaya getdim. Bu səfərin mənim üçün nə qədər ağır olduğunu xatırlayıram: hətta danışa bilmirdim – tam zəiflik, qızdırma, nəfəs darlığı… Ağciyərlərin müayinəsində ikitərəfli sətəlcəm, ağciyərlər ətrafında maye toplanması və “mat şüşə” sindromu aşkarlandı. Həkim 99 faiz mənim COVID-19-a yoluxdumuğu dedi.

Anlamaq lazımdır ki, KT koronavirusun ən etibarlı diaqnostikası hesab olunur, çünki “mat şüşə” sindromu ağciyərlər üçün belə nəticələrə gətirib çıxarır.

KT nəticələrini götürüb, tanış terapevtə müraciət etdim. Çox yaxşı həkimdir, ona hədsiz minnətdaram – həqiqi mənada məni o dünyadan geri qaytardı. İlk gündən ona etibar etdim və müalicə rejiminə əməl etdim. Düşündüm ki, nə olacaqsa olacaq. O, dərhal mənə təlaşa düşməməyi və dediklərinə tam riayət etməyi tapşırdı. Müalicə antibiotik sisteminə əsaslanırdı.

Həkim müalicə oluna bilməyəcəyindən narahat idi, amma müalicənin başlamasından sonrakı üçüncü gün özümü daha yaxşı hiss etdim və temperaturum aşağı düşdü. Antibiotik terapiyasından sonra vitamin kompleksi infuziyaları oldu.

Dünən rentgendən keçdim, ağciyərlərimin təmiz olduğunu göstərdi. Beləliklə, bu xəstəliyin öhdəsindən gəldim.

Əvvəlki kimi olmasa da, zəiflik hiss edirəm. Əvvəl hətta otaqdan otağa keçə bilmirdim; indi şükür Allaha, gəzirəm”.

Ermənistanda və bu ölkələrdə olmuş şəxslərin İtaliyaya girişinə qadağa qoyuldu

İtaliya son 14 gündə Ermənistan, Bəhreyn, Banqladeş, Braziliya, Bosniya və Hersoqovina, Çili, Makedoniya, Moldova, Oman, Panama, Peru, Küveyt və Dominikan respublikalaırnda olmuş vətəndaşların ölkəyə giriş-çıxışına qadağa qoyub

Xalq artisti Canəli Əkbərova ağır itki üz verib

Qazet.az xəbər verir ki, xalq artistinin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib.

Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq – Rəsmi

Azərbaycanın dövlət rabitə operatoru “Aztelekom” MMC magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlayıb.

Pandemiyadan zərər çəkən sahibkarların kreditlərinə dövlət dəstəyi müəyyənləşdirilib

Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib