Azərbaycanda elektron qolbaq daşıyan məhkumların sayı AÇIQLANDI

Son üç il ərzində cinayət qanunvericiliyinə iki dəfə mühüm dəyişikliklər edilərək cəza siyasəti humanistləşdirilib, bəzi əməllər dekriminallaşdırılıb, cəza müddətləri yüngülləşdirilib, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişləndirilib. 
Bunu Ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri xanım Elena Aymone Sessera və yeni rəhbəri xanım Arian Bauer ilə görüşü zamanı bildirib.
Nazir qeyd edib ki, ötən dövrdə yeni qanunların təsiri altına düşən penitensiar və probasiya xidmətləri üzrə məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq 2000-ə yaxın məhkum cəzadan tamamilə azad edilib, 3000-dən çox məhkumun isə cəza müddəti azaldılıb. 
Həmçinin humanistləşdirmə tədbirləri çərçivəsində probasiya xidməti yaradılaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron qolbaqlar tətbiq olunur.  Hazırda 3000-ə yaxın məhkum elektron qolbaq daşıyır və onlara səmərəli probasiya nəzarəti həyata keçirilir. 

- Advertisement -
Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

Tərtərin Tapqaraqoyunlu kəndində qaz təchizatının bərpasına başlanılır

Bu barədə Qazet.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib

“WarGonzo” kanalının qurucusu Semyon Peqov Qarabağdan qaçdı

Bildirilib ki, onun Xabarovska gəlişi "yeni araşdırmalarla" əlaqədardır

Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib

İnam Kərimov ermənilərin aqrar sektorumuza vurduğu ziyandan danışdı

Bunu “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda keçirilən regional videokonfransda Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib

Sahibə Qafarova: “Azərbaycanın müzəffər ordusu hədəflərinə çatır”

“Vətən müharibəsində bizim hədəflərimiz bəllidir. Azərbaycanın müzəffər ordusu hər gün öz hədəflərinə çatır”