İrəvan 1 trilyondan çox təzminat verməlidir…

Noyabrın 25-də Azərbaycanın Moldovadakı səfir Qüdsi Osmanovun “Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var” başlıqlı müsahibəsi Moldova mətbuatında rus və rumın dillərində dərc edilib.

Qazet.az xəbər verir ki, müsahibədə səfir Q.Osmanov tərəfindən ermənilərin 30 il müddətində Azərbaycan ərazilərində qanunsuz yaşayaraq məscidləri, məbədləri, qəbiristanlıqları, evləri və abidələri dağıtdıqları, Azərbaycanın təbii sərvətlərini oğurlayaraq Qarabağın meşələrini yandırdıqları və buna görə cavab verməli olduqları qeyd edilib. Bununla əlaqədar, Prezident İlham Əliyevin hərbi cinayət törədən ermənilərin beynəlxalq məhkəmələrə veriləcəyinə dair çıxışını xatırladaraq düşmənin, həmçinin qiymətli metalları, xüsusən də qızılı Ermənistana daşıdığını bildirib.

- Advertisement -

Səfir müsahibəsində istehsalında qanunsuz olaraq qızıldan istifadə edildiyi dünyaca məşhur İsveçrə saat markası “Franck Muller Group”un qurucusu və baş icraçı direktoru Vartan Sirmakeslə yanaşı bir sıra erməni cinayətkarların istintaq orqanı tərəfindən beynəlxalq axtarışa verildiyini dilə gətirib, İkinci Qarabağ müharibəsindən 2 il əvvəl Ermənistanın Azərbaycana vurduğu zərərin miqdarının 818 milyard 880 milyon ABŞ dolları təşkil edirdisə, hazırda təzminatın məbləğinin 1 trilyon ABŞ dollarından çox olduğunu əminliklə ifadə edib.

Eyni zamanda, müsahibədə səfir Q.Osmanov Ermənistanın Azərbaycana borclu olduğunu Ermənistanın keçmiş Baş prokuroru və ölkənin İnsan Hüquqları üzrə Avropa Məhkəməsində keçmiş nümayəndəsi Gevork Kostanyanın Moskva sülh sazişinə dair fikirlərində açıq şəkildə qeyd etdiyi diqqətə çatdırıb. Mütəxəssislərin fikirlərinə istinad edən səfir müsahibəsində Ermənistanın ölkəmizə vurduğu zərərin ödənilməsinin beynəlxalq hüquqa əsasəlanaraq təmin edilməsi istiqamətində işlər aparıldığını və məsələyə beynəlxalq qurumların cəlb edildiyini bildirib.

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

Vladimir Putinlə Cozef Bayden arasında telefon danışığı olub

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

Qırğızıstanın keçmiş baş naziri saxlanıldı

Qırğızıstanın keçmiş baş naziri Məhəmmədkalıy Abılqazıyev saxlanılıb.

ATV-də yarpaq tökümü davam edir – Daha bir tanınmış aparıcı kanalı tərk etdi

Aparıcı Mətanət Əliverdiyeva Azad Azərbaycan televiziyasından ayrılıb.

ABŞ-ın yeni dövlət katibi məlum oldu

ABŞ Konqresinin Senatı Dövlət Departamentinin rəhbəri postuna Entoni Blinkenin namizədliyini təsdiqləyib.

Ermənistan siyasi olaraq TƏKLƏNDİ – Avropa Şurasından TARİXİ QƏRAR

AŞPA-nın qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurunun inkişafına dair qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib.