Nazirlikdən Tofiq Bəhramov açıqlaması

Azərbaycanın məşhur futbol hakimi Tofiq Bəhramovun Respublika stadionundakı heykəli ilə bağlı problem aradan qaldırılır.

Bu barədə qazet.az-a Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

- Advertisement -

Nazirlik rəsmisinin sözlərinə görə, heykəlin rəngini yeniləmək üçün üzü cilalanıb: “Əslində buna problem demək olmaz. Bilirsiniz ki, Nazirliyin mərkəzi arenada reabilitasiya mərkəzi var. Orada təmir işləri gedirdi. Heykəlin rəngi köhnəldiyindən, üz qabığında çatlar əmələ gəlmişdi. Yenidən rəngləmək üçün sadəcə üzü cilalanmışdı. Bu, işləri təhvil verəndə heykəlin də təmiz olması üçün edilmişdi. Bu gündən işlərə başlanılıb. 1-2 günə yekunlaşacaq”.

Tofiq Bəhramovun adını daşıyan nəvəsi babasının heykəlinin rənginin ağardılması ilə bağlı AFFA -ya müraciət edərək onun əvvəlki vəziyyətə qaytarılmasını xahiş edib.

Qeyd edək ki, Tofiq Bəhramovun heykəli 2004-cü ilin oktyabrın 13-də adını daşıdığı stadionun qarşısında, 2006-cı il dünya çempionatının seçmə mərhələsinin Azərbaycan – İngiltərə görüşündən əvvəl açılıb.

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

ANAMA ləğv edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

Mövlud Çavuşoğludan QARABAĞ AÇIQLAMASI

Biz Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edirik.

Şöbə müdiri: “Təhsil Nazirliyi tədris prosesinə müdaxilə etmir”

Təhsil Nazirliyi tədris prosesinə müdaxilə etmir