Bakı metrosunda qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə matəm fiti verib

Bu gün saat 12:00-da “Bakı Metropoliteni” QSC-də qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq matəm fiti verib.

Bu barədə Qazet.az-a qurumdan bildirilib.

- Advertisement -

Məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hazırda Bakı metrosunda sərnişindaşıma fəaliyyəti dayandırıldığı üçün anım mərasimi yalnız “Nərimanov” elektrik deposunda baş tutub. Matəm fiti deponun yollarında yayılıb. Səhmdar cəmiyyətinin rəhbərliyi və kollektivin nümayəndələri burada canını Vətənə fəda etmiş bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra depoda metropolitençi şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

Qazet.az
Qazet.az
Xəbər müəllifi

“Qaçanda yadından çıxıb unitaz qalıb” – Hərbçimiz erməni generalın evinə girdi /VIDEO

Sosial şəbəklərdə Azərbaycan hərbçisinin erməni generalının evində lentə aldığı video yayılıb.

İctimai iaşə müəssisələrində yoxlamalar artırılır – AQTA

Yeni növ koronavirusun (COVİD-19) profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə müəssisələrində həyata keçirilən yoxlama-nəzarət tədbirlərinin miqyası genişləndirilir.

Mustafa Sandalın keçmiş həyat yoldaşı koronavirusa yoluxub

Məşhur türk müğənnisi Mustafa Sandalın keçmiş həyat yoldaşı Emina Yahoviç və iki övladı koronavirus (COVID-19) infeksiyasına yoluxub

Rusiyadan Azərbaycana gətirilən vaxtı keçmiş balıq məhsulları saxlanıldı

Rusiyanın Həştərxan vilayətində Baytar Nəzarəti Məntəqəsində Azərbaycana ixrac olunacaq 5 ton dondurulmuş sazan balığı saxlanılıb.

Qarabağ regional radio kanalının açılması üçün müsabiqənin şərtləri məlum oldu

Milli Televiziya və Radio Şurası (MTRŞ) Dağlıq Qarabağ və ətraf ərazilərdə regional radio kanalının açılması üçün 102.7 MHs işçi tezliyə müsabiqə elan edib