“Əziz müəllimim” mahnısının bəstəkarından “MEHRİBAN HƏKİM” layihəsi

Səhnə adı SİVVA olan, bəstəkar-müğənni Sevinc Ağasıyeva bu dəfə həkimlər üçün oxuyub.

Sözləri Mirmehdi Seydizadəyə aid olan “Mehriban həkim” mahnısının musiqisi Sevinc Ağasıyevaya, aranjimanı Samir Şirinova aiddir. “Mehriban həkim”mahnısına “İctimai Televiziya” tərəfindən maraqlı sujet xətti olan klip də çəkilib. Klipin rejissoru Vüsal Həmdullayevdir. Bəllidir ki, koronavirusla mübarizədə həkimlərimizin, ümumilikdə bütün tibb işçilərinin üzərinə böyük yük düşür. Elə buna görə də “Mehriban həkim” layihəsi öz işini məsuliyyətlə görən, vicdanlı həkimlərə həsr olunub.

Xalq artisti Canəli Əkbərova ağır itki üz verib

Qazet.az xəbər verir ki, xalq artistinin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib.

Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq – Rəsmi

Azərbaycanın dövlət rabitə operatoru “Aztelekom” MMC magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlayıb.

Pandemiyadan zərər çəkən sahibkarların kreditlərinə dövlət dəstəyi müəyyənləşdirilib

Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib

Türkiyədə yoluxma və ölüm sayında azalma

Türkiyədə son sutka ərzində koronavirusdan 18 nəfər dünyasını dəyişib, 1024 nəfərdə virus aşkarlanıb