Daha iki ölkə koronavirusdan QURTULDU

Daha iki ölkə koronavirusdan QURTULDU

Dünyanın daha iki ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

Qazet.az xəbər verir ki, bunlar Karib dənizi hövzəsində ada dövlətləri olan Sent-Vinsent və Qrenadin və Barbadosdur.

Sent-Vinsent və Qrenadində infeksiyaya yoluxmuş 29 nəfərin hamısı sağalaraq evə buraxılıb.

Barbadosda isə COVID-19 aşkarlanmış 97 nəfərdən 7-si vəfat edib, 90 nəfər sağalıb.

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu iki ada dövlətini də koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

Qeyd edək ki, bundan öncə Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Fransa Polineziyası, Sen Kits və Nevis Federasiyası, Montserrat, Seyşel Adaları, Makao, Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası, Aruba, Britaniya Vircin Adaları, Men adası, Qrenlandiya, Fici Aadaları Respublikası, Vatikan, Laos, Qvadelupa, Sint-Marten, Bruney, Qrenada, Cəbəllütariq, Dominika, Lixtenşteyn və San-Marino Respublikasında koronaviruslu xəstə qalmayıb.

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.

modern.az

Xalq artisti Canəli Əkbərova ağır itki üz verib

Qazet.az xəbər verir ki, xalq artistinin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib.

Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq – Rəsmi

Azərbaycanın dövlət rabitə operatoru “Aztelekom” MMC magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlayıb.

Pandemiyadan zərər çəkən sahibkarların kreditlərinə dövlət dəstəyi müəyyənləşdirilib

Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib

Türkiyədə yoluxma və ölüm sayında azalma

Türkiyədə son sutka ərzində koronavirusdan 18 nəfər dünyasını dəyişib, 1024 nəfərdə virus aşkarlanıb