Dünyada koronavirusa yoluxanların sayı 16,1 milyonu ötdü

Dünyada COVID-19-a yoluxanların ümumi sayı 16 189 617 nəfərə çatıb.

Bu barədə Qazet.az ayrı-ayrı ölkələrin koronavirusla bağlı statistikasına istinadən xəbər verir.

Ümumi statistikaya əsasən dünyada 647 597 insan pandemiyanın qurbanı olub. Bununla yanaşı, virusa yoluxmuş 9 907 232 nəfər sağalıb.

Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 4 315 684 insanın təhlükəli infeksiya analizi müsbət olub. Eyni zamanda virusa yoluxmuş 149 397 nəfər ölüb.

Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Cənubi Amerika ölkəsində 2 396 434 insan koronavirusa yoluxub, 86 496 nəfər ölüb.

Hindistan COVID-19-a yoluxma hallarının sayına görə 3-cü yerdədir. Cənubi Asiyanın bu ölkəsində 1 385 494 insan koronavirusa yoluxub, 32 096 nəfər pandemiyanın qurbanı olub.

Koronavirusun yayılması baxımından Rusiyada da vəziyyət ürəkaçan deyil. Qonşu ölkədə 806 720 koronavirus xəstəsi qeydiyyatdan keçib, 13 192 insan ölüb.

Qeyd edək ki, virusa ən çox yoluxma hallarının sayına görə siyahıda Peru, Meksika, İspaniya, Almaniya, Britaniya, Türkiyə və digər ölkələrin də adı var. Ötən gün Koreya Xalq Demokratik Respublikasında da koronavirusa ilk yoluxma qeydə alınıb. Bununla da koronavirusun qeydə alındığı ölkələri sayı 214-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Qəbələdə Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə general-mayor Polad Həşimovun adı verilib

Rayon rəhbərliyi bir daha kütləvi informasiya vasitələrini, sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırır

“Fenerbahçe”nin yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin “Fenerbahçe” klubunun yeni baş məşqçisi müəyyənləşib

Beyrutdakı partlayış 15 milyarda yaxın zərər vurub

Beyrut Qubernatoru Mervan Abbud, Beyrut Limanında baş vermiş partlayışın zərərinin 10 - 15 milyard dolları aşa biləcəyini deyib

Bu günədək 180 azərbaycanlı gəmi ilə Qazaxıstandan ölkəmizə gətirilib

Bu barədə Azərbaycanın Aktaudakı Baş konsulluğundan məlumat verilib