Tramp və Bayden son debat mövzuları barədə razılığa gələ bilmirlər

ABŞ Prezidenti Donald Tramp və rəqibi Co Bayden seçki kampaniyası çərçivəsində oktyabrın 22-də keçiriləcək son televiziya debatının mövzuları ilə əlaqədar mübahisə edirlər.

Qazet.az BBC-yə istinadən xəbər verir ki, Tramp debat təşkilatçılarını xarici siyasət mövzusunu gündəliyə daxil etməyərək Baydenə yardım etməkdə günahlandırıb. Bayden isə cavabında Trampın bu yolla koronavirus pandemiyası ilə bağlı suallardan yayınmağa çalışdığını bildirib.

- Advertisement -

Qeyd edək ki, ABŞ-da prezident seçkilərinin keçirilməsinə iki həftə qalmış Respublikaçılar partiyasının namizədi Co Bayden ümumi sorğuların nəticələrinə əsasən hazırkı prezident Donald Trampı qabaqlayır. Lakin o, seçkinin müqəddəratını həll edəcək əsas ABŞ ştatlarında çox az üstünlüyə malikdir.

Namizədlərin iştirakı ilə keçirilən debatın qaydaları nələrdir?

İlk debatın çoxsaylı tənqidlərə tuş gəlməsindən sonra növbəti tədbirdə namizədlərin mikrofonlarının lazımi anlarda söndürüləcəyi bildirib.

90 dəqiqə davam edəcək debat 15 dəqiqəlik seqmentlərə bölünəcək. Hər mövzuya başlayarkən namizədlərə 2 dəqiqəlik vaxt veriləcək və həmin müddətdə namizədlərdən birinin mikrofonu söndürüləcək.

Debatın yerdə qalan hissəsi isə açıq müzakirə formasında olacaq və bu müddətdə mikrofonlar söndürülməyəcək.

Xatırladaq ki, Donald Tramp və Co Bayden arasında üç debat baş tutmalı idi, lakin oktyabrın 15-də keçirilməli olan ikinci debat təxirə salındığından seçkiqabağı ümumilikdə iki debat reallaşacaq.

Avatar
Kanan Abid
Xəbər müəllifi / Author

Biləsuvarın icra başçısına yeni müavin təyin edilib

Biləsuvar Rayon İcra Hakimiyyətində yeni müavin təyinatı olub.

Türkiyəli nazir koronavirusdan sağaldı

Bir müddət əvvəl koronavirusa yoluxan Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər naziri Zehra Zümrüt Selcuk sağalıb.

İrəvan 1 trilyondan çox təzminat verməlidir…

Noyabrın 25-də Azərbaycanın Moldovadakı səfir Qüdsi Osmanovun “Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var” başlıqlı müsahibəsi Moldova mətbuatında rus və rumın dillərində dərc edilib.

Rus diplomat: Pompeonun səfəri provokasiyadır!

ABŞ Dövlət katibi Mayk Pompeonun Qolan təpələrinə səfəri provokasiyadır.

UEFA Ukrayna millisinə texniki məğlubiyyət verdi

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunun koronavirus səbəbindən ləğv olunmuş İsveçrə - Ukrayna oyunu ilə bağlı qərarını açıqlayıb.