Ermənistanda daha 379 nəfərdə koronavirus aşkarlanıb.
Qazet.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
- Advertisement -
Bununla da Ermənistanda virusa yoluxanların sayı 162 131 olub.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 2 929-a çatıb. İndiyədək 149 312 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 9 190 aktiv koronavirus xəstəsi var.