ABŞ Nümayəndələr Palatasında Donald Trampın impiçmenti ilə bağlı iclas başlayıb.
Qazet.az xəbər verir ki, dörd səhifəlik impiçment qətnaməsi qəbul edilərsə, Tramp ABŞ tarixində prezidentlik dövründə 2 dəfə impiçmentə məruz qalan ilk lider olaraq tarixə keçəcək.
- Advertisement -
Qeyd edək ki, qətnamə “Qiyama təhrik” adlanır. Sənəd impiçment elan olunmasını, həmçinin Donald Trampın gələcəkdə hər hansı seçkili vəzifə tutmasına qadağa qoyulmasını tələb edir.