Bill Qeyts, Soros və Rokfeller koronavirus istehsalında günahlandırılır

COVID-19-un laboratoriya şəraitində istehsal edildiyi iddiaları yenidən gündəmə gətirilib. Peru məhkəməsi “Microsoft” şirkətinin qurucusu Bill Qeytsi, amerikalı iş adamı Corc Sorosu və Rokefeller ailəsini koronavirus istehsalında günahlandırıb.

Qazet.az oxu.az-a istinadən xəbər verir ki, Peruda koronavirus epidemiyasının necə yayıldığına dair istintaq başladılıb.

- Advertisement -

İstintaq mətninə Rusiya mətbuatında yer alan xəbərlər də daxildir:

“Bill Qeyts, Soros, Rokefeller kimi yeni dünya düzəninin yaradıcıları xaricində heç bir dünya dövləti, həqiqi və hüquqi şəxslər bu pandemiyanın proqnozlaşdırıla biləcəyini iddia edə bilməz”.

Bu məsələ mətbuatda və sosial mediada geniş yayıldıqdan sonra Peru Ali Məhkəməsi istintaqı öz üzərinə götürüb.

Müzakirələrin ən böyük hədəfi Bill Qeytsin həyat yoldaşı ilə birlikdə qurduğu “Bill & Melinda Gates” fondunun beynəlxalq peyvənd ittifaqıdır.

Sosial media müzakirələrində əsas mövzu isə Bill Qeytsin milyardlarla insanı “mikrociplərlə” izləmək üçün koronavirus peyvəndini yaratması iddiasıdır.

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

Gürcüstan hərbi yolu bağlandı: 10 km uzunluqda tıxac yarandı

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu - Mtsxeta-Stepantsminda-Lars 4 gündür bütün növ avtomobillərin hərəkəti üçün bağlıdır. Magistralda uzunluğu 10 kilometrə çatan tıxac yaranıb.

Rusiya ABŞ-la dialoqa açıqdır – Zaxarova

Rəsmi Moskva Co Baydenin yeni administrasiyası dövründə ABŞ-la normal dialoqa açıqdır.

Danimarkada 283 nəfərdə “Britaniya” ştammı tapılıb

Danimarkada 283 nəfərin koronavirus infeksiyasının Böyük Britaniyada aşkar olunan yeni ştammına yoluxması faktı qeydə alınıb.

Türkiyədə batan gəminin dörd üzvü ölüb, dənizdə axtarışlar dayandırılıb

Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Rusiya dövlət bayraqlı “Arvin” adlı quru yük gəmisinin batması nəticəsində dörd nəfər həyatını itirib.

Hadrut, Füzuli və Cəbrayılda erməni hərbçilərin meyitləri aşkarlandı – Rəqəm ARTDI

Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb.