Bakı 27˚C Sunny

Hansı ayda saçlar daha çox tökülür?

Maraqlı 02:00 06 avq, 2022

Stress təkcə bədən üçün deyil, həm də saçlar üçün qatildir. 

Hansı ayda saçlar daha çox tökülür?

Londondan olan trixoloq Mark Bleyk insanın ən çox saç töküldüyü ayı açıqlayıb.

Qazet.az bildirir ki, ekspertin müvafiq şərhi "Express.Co.Uk" nəşrində dərc olunub.

Həkimin sözlərinə görə, sentyabr ayında bir çox insanlar yayda uzun müddət günəş altında qalma ilə bağlı temperaturun qəfil dəyişməsi səbəbindən keçəlləşməyə başlayır. Eyni zamanda, Bleyk qeyd edib ki, göstərilən ayda pikdən sonra, qışın əvvəlinə qədər bol saç tökülməsi tədricən yavaşlayır.

Bundan əlavə, mütəxəssis bayramdan sonra işə getməyin yaratdığı stressin də saçların vəziyyətinə təsir etdiyinə diqqət çəkib. "Stress təkcə bədən üçün deyil, həm də saçlar üçün qatildir. Bədənin adrenalin və kortizol istehsalını artırır, saçın təbii böyümə dövrünü pozur və həddindən artıq saç tökülməsinə səbəb olur", - o izah edib. Həmçinin, keçəlliyin ümumi səbəbləri arasında həkim günəş yanığını, hormonal dəyişiklikləri və ciddi pəhrizi qeyd edib.