Bakı 27˚C Sunny

Hərbi qulluqçularımız Beynəlxalq Ordu Oyunlarında iştirak edəcək - FOTO

Gündəm 21:21 05 avq, 2022

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Tank biatlonu” müsabiqəsində iştirak etmək məqsədilə Rusiyada səfərdədir.

Hərbi qulluqçularımız Beynəlxalq Ordu Oyunlarında iştirak edəcək - FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Moskva şəhərinin Alabino hərbi poliqonunda keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək məqsədilə Rusiyada səfərdədir.

Bu barədə Qazet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə keçiriləcək "Dəniz kuboku", o cümlədən “Artilleriya atəşinin ustaları” (Qazaxıstan) və “Snayper həddi" (İran) müsabiqələrində də iştirak edəcəklər.

Hərbi qulluqçularımız Beynəlxalq Ordu Oyunlarında iştirak edəcəklər