“New York Times”ın 1992-ci il Xocalı məqaləsi – ARXİV

ABŞ-ın məşhur “The New York Times” qəzeti 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni hərbi birləşmələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı xüsusi amansızlıqla törədilən soyqırımı ilə bağlı faciədən 1 həftə sonra – 3 mart tarixli buraxılışında baş verənlər barədə məqalə dərc etmişdi.

Qazet.az həmin məqaləni təqdim edir.

- Advertisement -

***

“Bu gün Azərbaycanın ermənilərin də yaşadığı Dağlıq Qarabağ vilayətində erməni silahlıları tərəfindən mülki əhalinin qətliamına dair yeni dəlillər ortaya çıxıb.

Məlumata görə, bazar günü gecə azərbaycanlıların sıx yaşadığı Şuşa şəhərinə yenidən erməni raket atəşi endirilib. Həmin günün əvvəlində Vencali qəsəbəsinə edilən başqa bir hücum nəticəsində bir neçə nəfərin yaralandığı bildirilib.

Ermənistan tərəfi hərbçilərinin ötən həftə azərbaycanlıların yaşadığı Xocalı şəhərində 1000 nəfəri öldürdüyünü və qarla örtülü dağ keçidlərindən qaçan kişiləri, qadınları və uşaqları qətlə yetirdiyini təkzib edib.

Ancaq əraziyə səpələnmiş onlarla cəsəd baş vermiş qırğın barədə danışmağa əsas verir.

Qısa müddətdə helikopterlə bölgəyə uçan Azərbaycan rəsmiləri və jurnalistlər başlarının arxası soyulmuş üç ölü uşağı geri gətiriblər. Onlar ermənilərin açdığı atəş səbəbilə daha çox cəsədi geri gətirməyin mümkün olmadığını qeyd ediblər.

“Qadınlar və uşaqların baş dəriləri soyulmuşdu. Cəsədləri götürməyə çalışanda onlar bizə atəş etməyə başladılar”, – Xocalıdakı hadisələrin şahidi olan Əsəd Fərəcov deyib.

Ağdamdakı Azərbaycan milis rəisi Rəşid Məmmədov: “Cəsədlər əraziyə qoyun sürüləri kimi yayılmışdı. Faşistlər belə bu cür vəhşilik etməyib”.

Dağlıq Qarabağ bölgəsinin Ağdam yaxınlığında “Reuters” agentliyinin fotoqrafı Frederik Lenqan azərbaycanlı cəsədləri ilə dolu iki yük maşınını gördüyünü söyləyib: “Birincisində 35 cəsəd saydım, sanki ikincidə də bir o qədər var idi. Bəzilərinin başları kəsilmişdi, bir çoxu isə yandırılmışdı. Hamısı kişilər idi, bəziləri də “xaki” rəngli uniformalar geymişdilər.”
— “The New York Times” qəzeti, 3 mart 1992-ci il buraxılışı

“İTAR-TASS” informasiya agentliyi iki etnik qrupu bir-birindən ayıran 366-cı motoatıcı alayın geri çəkilməyə başladığını xəbər verib. Dağlıq Qarabağda 4 il davam edən döyüşlər 1500-2000 insanın həyatına son qoyub. Stepanakertdə (Xankəndi) yerləşən 366-cı motoatıcı alay döyüşlərin mərkəzində yer alıb və deyilənlərə görə, ötən ayın sonunda ən azı üç əsgərini itirib”.

Avatar
Kanan Abid
Xəbər müəllifi / Author

Biləsuvarın icra başçısına yeni müavin təyin edilib

Biləsuvar Rayon İcra Hakimiyyətində yeni müavin təyinatı olub.

Türkiyəli nazir koronavirusdan sağaldı

Bir müddət əvvəl koronavirusa yoluxan Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər naziri Zehra Zümrüt Selcuk sağalıb.

İrəvan 1 trilyondan çox təzminat verməlidir…

Noyabrın 25-də Azərbaycanın Moldovadakı səfir Qüdsi Osmanovun “Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var” başlıqlı müsahibəsi Moldova mətbuatında rus və rumın dillərində dərc edilib.

Rus diplomat: Pompeonun səfəri provokasiyadır!

ABŞ Dövlət katibi Mayk Pompeonun Qolan təpələrinə səfəri provokasiyadır.

UEFA Ukrayna millisinə texniki məğlubiyyət verdi

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunun koronavirus səbəbindən ləğv olunmuş İsveçrə - Ukrayna oyunu ilə bağlı qərarını açıqlayıb.