“Reuters”in 3 mart 1992-ci ildə Qarabağda lentə aldığı görüntülər – VİDEO

“Reuters” informasiya agentliyinin 1992-ci ilin martın 3-də Dağlıq Qarabağ müharibəsində həyatlarını itirən azərbaycanlılar barədə yayımladığı video görüntünü təqdim edirik.

Videoda erməni vandalizminin qurbanı olan mülki şəxslərin, o cümlədən, azyaşlı uşaqların ailələrinin və yaxınlarının ah-naləsi, kədəri aydın şəkildə əks olunub.

- Advertisement -

Bu gün isə vəziyyət kökündən dəyişib.

Son illərdə ölkədə aparılan ardıcıl islahatlar və düşünülmüş daxili və xarici siyasət nəticəsində, Azərbaycan Cənubi Qafqaz regionunun ən nüfuzlu dövlətinə çevrilib. Müstəqilliyimizin, dövlətçiliyimizin qarantı olan və yeni inkişaf mərhələsinə qədəm qoyan Silahlı Qüvvələrimiz regionun ən güclü ordusu və xalqımızın güvən yeridir. Hərbi qüdrətini, ardıcıl olaraq, artıran Azərbaycan Ordusu hazırda dünyanın 50 ən güclü ordusu sırasındadır.

Sentyabrın 27-dən erməni təxribatına qarşı başlanan əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirir. Hər gün işğaldan azad edilmiş ünvanların sırasına yeniləri əlavə olunur. Hər ötən gün tariximizə qələbə günü kimi həkk edilir. Bu gedişlə qısa müddətdə düşmənin müqavimətinin tam olaraq qırılması və ərazilərimizin hamısının azad edilməsinin şahidi olacağıq!

Avatar
Müseyib Baxşəliyev
Xəbər müəllifi

Türkiyə Gürcüstan ordusunu yeni maddi-texniki vasitələrlə təmin edib

Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrini yeni maddi-texniki vasitələrlə təchiz edib

Azərbaycanda karantinə görə əksər məhkəmə prosesləri təxirə salındı

Ali Məhkəmənin sədri Ramiz Rzayev xüsusi karantin rejimində məhkəmələrin fəaliyyəti ilə bağlı qərar verib

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial xidmətlərdən istifadəsi üçün tələblər hazırlanacaq

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial xidmətlərdən istifadəsi üçün tələblər hazırlanacaq

Erməni əsgər analarının etirazları davam edir

Erməni əsgər anaları Qarabağda olan övladlarının qaytarılmasını tələb edib

Əsirlikdə olan Azərbaycan hərbçisinin xəstəxanadan fotosu yayıldı

Amin Musayevin xəstəxanadan fotosu yayıldı