“İosif Stalinin şəxsiyyəti SSRİ-də 1930-cu illərdəki repressiyaların başlanğıc səbəbi deyildi. Böyük ehtimalla, Sovet dövlətinin başında kim olmasından asılı olmayaraq bu, həyata keçirilərdi. Çünki əsas məsələ 1917-ci il oktyabr inqilabından sonra yaranan ictimai-siyasi sistem idi”.
Qazet.az “RIA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.


Axı repressiyanın səbəbi şəxsən pis Stalin deyil. Onun yerinə pis İvanov, Petrov, Sidorov olsaydı, çox güman ki, heç bir şey dəyişməzdi. Səbəb 1917-ci ildən sonra yaranan sistemdir və bu sistem barədə saatlarla danışa bilərik. Bu sistem nəticədə repressiya volanına yol açdı və bu, şübhəsiz ki, cinayətdir.
1920-1950-ci illərdə SSRİ-də baş vermiş repressiyaların qurbanlarının sayı barədə məlumatlar tez-tez dəyişir. Peşəkar tarixçilərə görə, yalnız 1937-1938-ci illərdə Böyük Terror zamanı 700 mindən çox insan güllələnib. Eyni zamanda, onlar milyonlarla və hətta on milyonlarla insanın edam edilməsi ilə bağlı iddiaları təkzib edirlər.