Bakı 27˚C Sunny

İnsan əti dadı verən burger kəşf edildi

Maraqlı 15:54 04 iyl, 2022

Burgerdə isə ət yoxdur

İnsan əti dadı verən burger kəşf edildi

İsveçdə qida şirkəti ilk dəfə insan əti dadı verən burger hazırlayıb. Burgerdə isə ət yoxdur. Stokholm sakinləri insan ətinin dadını təkrarlayan ilk vegan burgerini dadmağa dəvət olunacaqlar.
 

Qazet.az xəbər verir ki, burger soya, qida qlüteni, bitki yağları və ədviyyatların sirr kimi saxlanılan qarışığından hazırlanacaq.

Yeni məhsul “Kann şirləri” festivalında “Gümüş şir” mükafatına layiq görülüb.
İlk dəfə vətəni İsveçdə bitki əsaslı çəkilmiş donuz əti satışa çıxarıldı və məşhurlaşdı. Şirkət sürətlə Avropada, o cümlədən Hollandiya, Böyük Britaniya və Almaniyada genişlənməyə başladı. 2020-ci ildə İngiltərədə satışlar 400% artdı. 
“Məqsədimiz həmişə qida sistemlərini 2050-ci ilə qədər planetdəki on milyard insanı qidalandıra biləcəyi şəkildə dəyişdirmək olub və eyni məqsədlə işləyib, bəşəriyyət üçün təhlükəsiz məkan yaratmaq ambisiyalarımızdır",- deyə Livekindly Co bildirib.