Misirli nazir ehramların yadplanetlilər tərəfindən tikildiyini iddia edən İlon Maskı ölkəsinə dəvət edib

Misirin Beynəlxalq Əməkdaşlıq naziri Raniya əl-Məşhat qədim Misir ehramlarının hallüsinasiya olduğunu və yadplanetlilər tərəfindən tikildiyini iddia edən məşhur milyarder, “SpaceX” kosmik şirkətinin sahibi İlon Maskı ölkəsinə dəvət edib. “Sizin fəaliyyətinizi heyranlıqla izləyirəm və Misir piramidalarının necə tikildiyi, oradakı sərdabələr haqqında daha dolğun məlumat almaq üçün ölkəmizə dəvət edirəm”, – deyə xanım nazir sosial şəbəkədəki səhifəsində yazıb.

Qazet.az AZƏRTAC-a istinadən bildirir ki, əfsanəvi firon II Ramzesin də yadplanetli ola biləcəyini iddia edən milyarderə daha bir cavab Misirin dünya şöhrətli arxeoloqu Zahi Havasdan gəlib. Maskın iddialarının tarixi və arxeoloji əsasları olmadığını qeyd edən alim bildirib ki, ehramları bəzi tarixçilərin də iddia etdikləri kimi, qullar yox, misirlilər tikib. Bunu sərdabələrın hamısının Xufu ehramı üslubunda fironların nəzarəti altında tikilməsi də sübut edir. O əlavə edib ki, II Ramzes isə Misirin Şərqiyə əyalətindən olub. Havas deyib ki, görünür, milyarder kimi qazandığı şöhrət Maska azlıq edir və o, II Ramzesin yadplanetli olması iddiası ilə sosial şəbəkələrdə əlavə gündəm yaratmaq arzusundadır. Alim onu da qeyd edib ki, məşhur fironun ailəsi də indi Qantir kimi tanınan Pi-Ramesess adlı əyalətdə yaşayıb.

- Advertisement -

Misirli arxeoloq vurğulayıb ki, ehramlar tanrı və günəşin rəmzidir. Onların bir hissəsi də fironların üçüncü sülaləsinin zamanında tikilib. Onun sözlərinə görə, bu yaxınlarda tapılmış “Vadi Carf” papirusunda da Xufu ehramının tikintisindən bəhs edilir.

Z.Havas amerikalı milyarderə fironlar və piramidalar haqqında daha çox kitab oxumağı tövsiyə edib. Qeyd edib ki, o, bu mütaliədən sonra ehramların 4 min il əvvəl yadplanetlilər deyil, misirlilər tərəfindən tikildiyinə əmin olacaq.

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

Dövlət Turizm Agentliyinin vəzifələri artırıldı – FƏRMAN

Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb

DİM sədrindən imkansız ailələrin tələbə olan övladları ilə bağlı açıqlama

Gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilə bilər

Bu şəxslərin təhsil haqqları dövlət tərəfindən ödəniləcək – DİM-dən AÇIQLAMA

Ola bilsin ki, gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilsin

Ali məktəblərdə boş qalan yerlərin sayı açıqlandı

Ümumilikdə bütün qruplar üzrə 5751 boş yer qalıb. Onların da 3048-i II qrupun payına düşür

DİM: “Yüksək bal toplayan 4 nəfər universitetə daxil ola bilməyib”

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib