Bədəni daha güclü və sağlam edən MÜHÜM QAYDALAR

Affirmasiya (lat. affirmatio – təsdiq etmə) – müəyyən qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insanın təhtəlşüurunda tələb edilən obrazın, yaxud fikrin möhkəmləndirilməsi və psixoemosional fonun yaxşılaşdırılması, həyatda müsbət dəyişikliklərin stimullaşdırılması deməkdir.

Qazet.az xəbər verir ki, bionergetiklər xüsusilə indiki dövrdə sağlamlığın qorunması ilə bağlı bir neçə affirmasiyaları həyata keçirməyin vacibliyini vurğulayır. Bu affirmasiyalar özünəəminlik yaradır, qorxu və stress nəticəsində meydana çıxan xəstəliklərin yaranmasının qarşısını alır. Sözsüz ki, bu da yeni növ koronavirus pandemiyası ilə effektiv mübarizə aparmağa yardım edir.

- Advertisement -

Affirmasiyanı ürəkdə və ya ucadan oxumaq, dəfələrlə yazmaq, hətta mahnı kimi oxumaq mümkündür. Gəlin onları nəzərdən keçirək…

• Bədənimin bütün orqanları mükəmməl işləyir.

• Bədənimdəki bütün hüceyrələr daim yenilənir və hər gün daha sağlam olur.

• Gənc və sağlam bədənimi sevirəm.

• Bədənim idealdır, özünü müalicə edən bir mexanizmdir.

• Bədənimin hər hüceyrəsini sevirəm.

• Hər gün daha sağlam olur və güclənirəm.

• Bədənim tez sağalır.

• Səhhətim əla, bədənim gəncdir.

• Düşüncələrim təmiz, bədənim isə sağlamdır.

• Bədənimin hər hüceyrəsi enerji və sağlamlıq yayır.

• Bədənimi sevirəm və hörmət edirəm.

• Sağlam olduğum hər günə şükür edirəm.

• Sağlam qida həyatımın ayrılmaz hissəsidir.

• Bədənim gündən-günə cavanlaşır, daha güclü və sağlam olur.

Yadda saxlayın ki, affirmasiyanın təkrar edilməsi nəticəsində əldə olunan effekti maksimallaşdırmaq məqsədilə aşağıdakı qaydalara riayət edilməlidir:

Fikir indiki zamanda və fakt şəklində formalaşdırılmalıdır. Yalnız pozitiv fikirlərdən istifadə edilməlidir, neqativ fikirlərdən isə yayınmaq tələb edilir. Affirmasiya qısa, eyni zamanda parlaq və obrazlı şəkildə ifadə edilməlidir. İkimənalı sözlərdən və aydın olmayan anlayışlardan istifadə edilməməlidir. Fikir konkret ifadə edilməlidir. Affirmasiya insanın fərdi xüsusiyyətlərinə uyğun olaraq seçilməlidir, özünəinam hissi aşılamalıdır. (publika.az)

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

Bakıda sabiq prokurorun qaynı qətlə yetirildi

Bakıda daha bir qətl hadisəsi baş verib

Prezidentdən karantin rejimi ilə bağlı VACİB FƏRMAN

Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 29 dekabr 2015-ci il tarixli qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli fərmanına dəyişiklik edib.

DİM sədri: “Builki buraxılış imtahanlarının nəticələri daha yüksəkdir”

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib

Türkiyədə zəlzələ olub

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb

İranda 4,3 bal gücündə zəlzələ baş verib

Yeraltı təkanlar yerli vaxtla saat 16:45-də qeydə alınıb