Balaxanı: Azərbaycanın yeni turizm marşrutu – VİDEOREPORTAJ

Balaxanı.

Əslində bu adı eşidəndə mən nədənsə qədimliyi, neft buruqlarını və buruqların ətrafında qalaqlanan məişət tullantılarını beynimdə canlandırıram. Belə düşünməyimin də səbəbi var. Yaşadığım ərazidə bir yer məişət tullantıları ilə qalaqlanırdısa, bunu xalq dilində: “Balaxanıya dönüb bura”, kimi təzahür edirlər.

Bu gün isə çalışdığımız Qazet.az-da düşündük ki, Balaxanıya səfər edək. Deyirlər ərazi yeni turizm marşrutu olacaq və ciddi işlər görülüb eləcə də görülür.

Mərkəzdən elə də uzaq deyil. Amma tıxacları nəzərə aldığımız zaman heç də az məsafə yoxdur. Balaxanıya yaxınlaşdıqda isə ürək sıxan neft buruqları və əraziyə kimi olan yol kənarında quru torpaq insanı nədənsə kədərləndirirdi.

- Advertisement -

Dedim ki, yanılmamışam.

Ta Balaxanıya giriş edənə qədər… Çünki yanılmışdım.

Avtomobildən düşdükdən sonra gördüyüm mənzərəyə Türkiyənin Alaçatısımı, yoxsa Yunanıstanın Rodosumu desəm, bilmədim.

“İncə biyo” (bura gəl) sözünü eşidəndə də xarici ölkədəymişik kimi bir hissə qapıldıq. Amma bir gerçək var. Bura Balaxanıdır. Qədim Bakılıların, tatların yaşadığı Balaxanı.

Bəyaz evlər, divarlarda güllər… bir sözlə, keçmiş və gələcəyin mükəmməl sintezi.

Azərbaycanın iqtisadiyyatına neft ilə töhfə verən, “O olmasın, bu olsun” kimi məşhur filmlərdən səhnələrin çəkildiyi, lakin uzun illər “unudulan” Balaxanıda idik.

Operatorum Gülnar və mən təəccübümüzü gizlədə bilmədik.

Kim əlimizdə kamera və mikrofon görürdüsə, evinə dəvət edir, çaya, yeməyə qonaq edirdilər.

Yurdumun insanı. Əsl Azərbaycan. Əsl Bakı!

Yaxşı, bəs son illərdə bu ərazidə hansı işlər görülür?

Müsahiblərimiz bildirir ki, ərazidə Balaxanı sakinləri üçün turizmyönlü sahibkarlıq inkişaf etdiriləcək. Məşğulluq, eləcə də qəsəbənin tarixi abidələrinin tanıdılması və ərazinin daha da abadlaşdırılması əsas məqsəd kimi qarşı qoyulub.

Balaxanıda keçirdiyimiz bir gün bizə o qədər müsbət enerji verdi ki, sözün əsl mənasında istirahət etmiş olduq.

Ən əsası, Balaxanı haqqında düşüncələrimiz 180 dərəcə dəyişdi. Bu gün hər kəsə rahatla “gedin, gəzin”, deyə biləcəyimiz bir Balaxanı var.

Balaxanıdan hazırladığımız videoreportajı təqdim edirik:

Avatar
İlahə Tağıyeva
Xəbər müəllifi

Rusiyalı qadınların ən çox ərə getdiyi millətlər açıqlandı – Siyahıda Azərbaycan yoxdur

Rusiyalı qadınların ən çox ərə getdiyi millətlərin siyahısı açıqlanıb.

Azərbaycanda elektron qolbaq daşıyan məhkumların sayı AÇIQLANDI

Son üç il ərzində cinayət qanunvericiliyinə iki dəfə mühüm dəyişikliklər edilərək cəza siyasəti humanistləşdirilib, bəzi əməllər dekriminallaşdırılıb, cəza müddətləri yüngülləşdirilib, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişləndirilib.

SON DƏQİQƏ! Ukraynada hərbi təyyarə qəzaya uğradı – Video

Ukraynanın Xarkov vilayəti yaxınlığında təyyarə qəzaya düşüb.

“Qapalı şəraitdə toy etmək olar” – ŞƏRTLƏR AÇIQLANDI

Avropa ölkələrində koronavirus pandemiyasının ikinci dalğası yayılmağa başlayıb. İngiltərə, İspaniya, Fransa, Almaniya, İtaliyada vəziyyət yenidən kritik həddə doğru gedir.

İranda daha 207 nəfər koronavirusdan dünyasını dəyişdi

İranda son sutka ərzində COVİD-19-dan ölənlərin sayı daha 207 nəfər artaraq 25 min 222-yə çatıb.