Yaponiyada 9 aylıq fasilədən sonra koronavirus pandemiyasına görə dayanmış kruiz laynerlərinin işi bərpa olunub.
Qazet.az-ın məlumatına görə, noyabrın 2-də ölkənin qərbindəki Kobe limanından “Nipponmaru” kruiz layneri səyahətə çıxıb.
- Advertisement -
Səfərdən əvvəl gəminin bütün sərnişinləri koronavirus testindən keçirilib.
Qeyd edək ki, koronavirus pandemiyasının əvvəlində Yaponiyada “Diamond Princess” kruiz layneri karantinə alınmışdı. Gəmidə 712 nəfər virusa yoluxmuş, 14 nəfər həyatını itirmişdi.