Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılır

Bu gün Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovla görüşü keçirilib.

Səfirlikdən Qazet.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Pakistan arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin sərnişin axınının və yük daşımalarının artırılması üzrə perspektiv planları müzakirə ediblər.

- Advertisement -

Səfir Cahangir Əsgərova bildirib ki, 2019-cu ildə 40 mindən artıq Pakistan vətəndaşı Azərbaycanı ziyarət etmişdir və COVID-19 pandemiyası sona çatdıqdan, eləcə də beynəlxalq uçuşlarla bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu rəqəm daha da artacaq.

Eyni zamanda, səfir Azərbaycan vətəndaşlarının turizm məqsədilə və ticarətin inkişafı üçün Pakistana səyahətə böyük maraq göstərdiklərini də qeyd edib.

Danışıqlar zamanı Cahangir Əsgərov bildirib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə təkan verəcək.

2020-ci ilin yanvar ayında Azərbaycan və Pakistanın milli aviadaşıyıcıları arasında imzalanmış kod-şerinq sazişini xatırladan Cahangir Əsgərov, beynəlxalq hava əlaqələri bərpa edildikdən sonra hər hansı məhdudiyyət qoyulmadan, hər iki ölkənin istənilən hava limanına müntəzəm sərnişin reyslərinin həyata keçirilməsini təklif edib.

Görüşdə həmçinin qeyd olunub ki, Pakistanla Azərbaycan arasında birbaşa reyslərin açılmasına tələbat çoxdan yaranıb. Birbaşa reyslər uçuş vaxtını ən azı üç saatadək azaltmağa imkan verəcək, iki qardaş ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşdirilməsinə zəmin yaradacaq.

(APA)

Avatar
Müseyib Baxşəliyev
Xəbər müəllifi

ABŞ-da 24,5 milyon insan koronaya yoluxdu

ABŞ-da son sutka ərzində daha 1 036 nəfər koronavirusdan ölüb.

Bu ölkədə dəhşətli toqquşma: 129 ölü, 198 yaralı

Sudanın Qərbi Darfur əyalətinin Qeneyna şəhərində baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 129-a, yaralıların sayı isə 198 nəfərə çatıb.

Afrikada BMT sülhməramlıları öldürüldü

Mərkəzi Afrika Respublikasında (MAR) BMT-nin iki sülhməramlısı silahlı qruplaşmanın hücumu nəticəsində öldürülüb.

Türklər Tel-Abyadda 262 kiloqramlıq partlayıcı tapdı

Suriyanın Tel-Abyad şəhərində 262 kiloqram partlayıcı maddə tapılıb.

Yunan baş yepiskopun həyasızlığına Türkiyədən kəskin cavab

Yunanıstanın baş yepiskopu II İeronimosun açıqlaması Şərqi Trakiyada yaşayan müsəlman türklərin hüquqlarını qəsb etmək məqsədi daşıyır.