Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdi

Azərbaycana səyahət edən Türkiyə vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanun layihəsində bildirilib.

- Advertisement -

Həmin sənədlər aşağıdakılardır:

  1. Türkiyə Respublikasının diplomatik pasportu;
  2. Türkiyə Respublikasının xüsusi pasportu;
  3. Türkiyə Respublikasının xidməti pasportu;
  4. Türkiyə Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi ( Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən).
  5. Türkiyə Respublikasının Dənizçinin kitabı;
  6. hava gəmisi heyətinin səyahət sənədi;
  7. Qatarlar və Lokomativ heyətinin səyahət sənədi;
  8. Səyahət sənədi və ya Müvəqqəti Pasport (Türkiyə Respublikasına qayıtmaq üçün Azərbaycan Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün).
Avatar
Müseyib Baxşəliyev
Xəbər müəllifi

Əsas problemimiz Çin deyil, Şimali Koreyadır – ABŞ

Bəzi ölkələr - Rusiya, İran və Şimali Koreya bizim üçün ciddi problemlər yaradır, lakin Çinin çağırışı fərqlidir.

Pandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoydu

Ümumdünya Səhiyyə Təşkilatı dünyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının son statistikasını açıqlayıb.

İsveçdə terror hücumu: yaralılar var

İsveçdə naməlum şəxs küçədə soyuq silahla insanlara hücum edib.

Türkiyə vaksinlə bağlı Gürcüstana kömək edə bilər

“Gürcüstan və Türkiyə arasında pandemiya ilə mübarizə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub”.

“Diqlas”ın yerində nə tikiləcək? – Açıqlama

2019-cu il martın 26-da dəhşətli yanğın nəticəsində yararsız hala düşən və elə həmin ilin avqustunda söküntüsü başa çatan “Diqlas” ticarət mərkəzinin yerində hələ də hələ də heç bir obyekt tikilməyib.