Bakı 16˚C Intermittent clouds

İstanbulda silahlı qarşıdurma

Gündəm 21:10 18 avq, 2022
Hazırda hadisənin baş vermə səbəbləri polis qrupları tərəfindən araşdırılır.
İstanbulda silahlı qarşıdurma

İstanbulun Küçükçekmece Halkalı küçəsində yerləşən kafedə naməlum səbəbdən iki qrup arasında silahlı qarşıdurma yaşanıb. Hadisədə 7 nəfər yaralanıb.

Qazet.az xəbər verir ki, polis tərəfləri ayırmaq üçün havaya atəş açıb.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Hazırda hadisənin baş vermə səbəbləri polis qrupları tərəfindən araşdırılır.