Bakı 27˚C Sunny

Latviya səfirliyi rusiyalılara bütün növ vizaların verilməsini dayandırdı

Gündəm 01:17 06 avq, 2022

Səfirlik belə bir qərarın səbəbini açıqlamayıb.

Latviya səfirliyi rusiyalılara bütün növ vizaların verilməsini dayandırdı

Latviyanın Rusiyadakı səfirliyi Rusiya Federasiyası vətəndaşları üçün bütün növ vizaların verilməsini qeyri-müəyyən müddətə dayandırıb. Yeganə istisna Latviyada yaşayan yaxın qohumlarından birinin dəfn mərasiminə getmək zərurətidir.

Qazet.az xəbər verir ki, səfirlik belə bir qərarın səbəbini açıqlamayıb.

Qeyd edək ki, 2022-ci ilin yazında Latviya rusiyalılara turist vizası verməmək qərarına gəlib. Ancaq işə qəbul üçün uzunmüddətli milli vizalar, eləcə də humanitar səbəblərə görə (individual baxılırdı) qısamüddətli vizalar əldə etmək mümkün olub.