Qarabağda erməni TƏXRİBATI: bayrağımız hədəf alındı – Video

Bu gün Azərbaycanın işğal altındakı ərazilərində hərbi təlimlər keçirən ermənilər növbəti dəfə təxribata əl atıblar.

Qazet.az xəbər verir ki, Ağdamın Şahbulaz adlanan ərazisində baş tutan təlimlər zamanı Azərbaycan bayrağı şərti hədəflərdən biri olub. Zirehli texnika, artilleriya qoşunları və xüsusi təyinatlı qüvvələrin iştirakı ilə aparılan təlimlər zamanı hərbçilərdən biri Azərbaycan bayrağını yerə atıb.

Təlimləri Qarabağ separatçılarının yeni lideri Araik Arutunyan, Ermənistanın Baş Qərargah rəisi və s. izləyib.

Təlimlərin Azərbaycan Milli Ordu Gününün qeyd edildiyi vaxtda təyin olunması da Ermənistan rəhbərliyinin bu tarixi təsadüfən seçmədiyinə işarədir.

modern.az

Xalq artisti Canəli Əkbərova ağır itki üz verib

Qazet.az xəbər verir ki, xalq artistinin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib.

Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq – Rəsmi

Azərbaycanın dövlət rabitə operatoru “Aztelekom” MMC magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlayıb.

Pandemiyadan zərər çəkən sahibkarların kreditlərinə dövlət dəstəyi müəyyənləşdirilib

Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib

Türkiyədə yoluxma və ölüm sayında azalma

Türkiyədə son sutka ərzində koronavirusdan 18 nəfər dünyasını dəyişib, 1024 nəfərdə virus aşkarlanıb