Avropa karantindən bezib – VİDEO

Dünyada koronavirus infeksiyasına yoluxma halları 25 milyonu ötdüyü bir vaxtda Avropanın bir çox ölkəsində əsəblər tarıma çəkilib.

QAZET.AZ BAKU.TV-yə istinadən xəbər verir ki, Almaniya, Böyük Birtaniya başda olmaqla bir çox Avropa ölkəsində mövcud karantin rejimi şərtlərindən bezən vətəndaşlar küçələrə axışıb.

- Advertisement -

Həftəsonundan bəri Berlin çalxalanır. Burada baş tutan etiraz aksiyaları zamanı 30-dan çox polis əməkdaşı yaralanıb. 316 etirazçı saxlanılıb. Ümumilikdə mitinqlərdə təqribən 38 min nəfər iştirak edib.

Ən ciddi qarşıdurmalar mərkəzi Unter den Linden küçəsində baş verib. Etirazçılar polisə daş və şüşə parçaları atıb, polis isə gözyaşardıcı qazdan istifadə etməli olub.

Mitinqlərin təşkilatçıları koronavirusa qarşı tədbirlərin azadlığı məhdudlaşdırdığına inanır və onun ləğvini tələb edirlər.

Londonda Trafalqar Meydanında isə etirazçılar səs-səsə veriblər. Onlar virusun yayılması ilə mübarizə üçün səlahiyyətlilər tərəfindən qoyulan məhdudiyyətlərə, bəzi təhlükəsizlik tədbirlərinə zidd olaraq “maskalarınızı çıxarın” şüarları səsləndirərək bütün bu tədbirlərə qarşı olduqlarını bildiriblər.

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

Yaponiya sahillərində zəlzələ oldu

Yaponiya sahillərində zəlzələ olub.

Rusiyalı qadınların ən çox ərə getdiyi millətlər açıqlandı – Siyahıda Azərbaycan yoxdur

Rusiyalı qadınların ən çox ərə getdiyi millətlərin siyahısı açıqlanıb.

Azərbaycanda elektron qolbaq daşıyan məhkumların sayı AÇIQLANDI

Son üç il ərzində cinayət qanunvericiliyinə iki dəfə mühüm dəyişikliklər edilərək cəza siyasəti humanistləşdirilib, bəzi əməllər dekriminallaşdırılıb, cəza müddətləri yüngülləşdirilib, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişləndirilib.

SON DƏQİQƏ! Ukraynada hərbi təyyarə qəzaya uğradı – Video

Ukraynanın Xarkov vilayəti yaxınlığında təyyarə qəzaya düşüb.

“Qapalı şəraitdə toy etmək olar” – ŞƏRTLƏR AÇIQLANDI

Avropa ölkələrində koronavirus pandemiyasının ikinci dalğası yayılmağa başlayıb. İngiltərə, İspaniya, Fransa, Almaniya, İtaliyada vəziyyət yenidən kritik həddə doğru gedir.