Bu şəxslərə 480 manat müavinət veriləcək – Gələn ildən/VİDEO

“Əgər kimsə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq övladlığa götürsə, bu zaman onun üçün aylıq 480 manat müavinət verilməsi nəzərdə tutulub”.

Qazet.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Feysbuk üzərindən canlı yayımladığı “Sosial saat”ın efirində deyib.

- Advertisement -

O qeyd edib ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığa uşaq götürmə ilə bağlı stimullaşdırma proqramı nəzərdə tutulub: “Bu təklif Milli Məclisin plenar iclasında müzakirə ediləcək və yekunda qərar qəbul olunacaq. Nazirlik tərəfindən övladlığa götürülmə ilə bağlı hazırlanan təkliflər qəbul olunarsa, onlar 2021-ci ilin yanvar ayından qüvvəyə minəcək və bundan sonraya şamil olunmayacaq”.

C.Şahmalıyevin sözlərinə görə, övladlığa uşaq götürülməsi ilə bağlı daha çox 0-2, 0-3 yaş arası uşaqlara üstünlük verilir: “Valideyn himayəsindən məhrum olan 3 yaşdan yuxarı uşaqlar bir müddət müəssisələrdə qalırlar. Onların yaşı artdıqca övladlığa götürülməsi də çətinləşir. Bu səbəbdən yeni təkliflərdən biri də odur ki, 3 yaşdan yuxarı uşağın övladlığa götürülməsi zamanı ailəyə dəstək üçün 160 manat məbləğində aylıq müavinət təyin olunsun. Digər təklif isə, bu uşaqların təhsil xərci dövlət tərəfindən qarşılansın. Bu uşaqlarla bağlı səhiyyə xərcləri də həmin ailənin üzərində yox, dövlət büdcəsi hesabına formalaşmalıdır”.

publika.az

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

Tərtərin Tapqaraqoyunlu kəndində qaz təchizatının bərpasına başlanılır

Bu barədə Qazet.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib

“WarGonzo” kanalının qurucusu Semyon Peqov Qarabağdan qaçdı

Bildirilib ki, onun Xabarovska gəlişi "yeni araşdırmalarla" əlaqədardır

Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib

İnam Kərimov ermənilərin aqrar sektorumuza vurduğu ziyandan danışdı

Bunu “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda keçirilən regional videokonfransda Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib

Sahibə Qafarova: “Azərbaycanın müzəffər ordusu hədəflərinə çatır”

“Vətən müharibəsində bizim hədəflərimiz bəllidir. Azərbaycanın müzəffər ordusu hər gün öz hədəflərinə çatır”