Milyonlarla manat xərclənmiş sistem niyə işləmir? – VİDEO

Paytaxt Bakının avtobus dayanacaqlarında quraşdırılmış informasiya terminallarının bərbad vəziyyətdədir. Milyonlarla manat vəsait xərclənən monitorlar işləmir.

600-dən çox informasiya terminalı dayanacaqlara 9 ildir ki, quraşdırılıb. Lakin bu qədər vaxt keçməsinə baxmayaraq hələ də heç biri işləmir.

- Advertisement -

Düzdü, informasiya terminalı cəmi 2 il işlək vəziyyətdə olub. Lakin sonradan monitorlara hər hansı bir proqram yüklənmədiyindən cihazlar istifadəsiz qalıb. Bəzilərini toz-torpaq basıb,bəzilərinin isə ekranı sınıb.

Sərnişinlərin işini asanlaşdırmaq üçün nəzərdə tutulan monitorlar işləmədiyindən indi dayanacaqlarda lazımsız avadanlığa çevrilib.

İntellektual idarəetmə sisteminin təkcə paytaxtda reallaşdırılması üçün təxminən 100 milyon manat vəsaitin ayrıldığı bildirilir. Bakıdan sonra bu layihənin bütün bölgələri əhatə etməsi də nəzərdə tutulurdu. Lakin nəqliyyat sahəsində buraxılan ciddi səhvlər ucbatından sistem hazır vəziyyətə gətirilə bilmədi.Bununla yanaşı, ötən müddət ərzində intellektual sistem üçün çəkilən elektrik və fiber optik xətlərin də yollarda aparılan müxtəlif təyinatlı işlər zamanı zədələnib sıradan çıxdığı bildirilir. Bu xətlərin bərpa olunması üçün isə əlavə vəsait tələb olunur.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, monitorların işləməməsinin bir səbəbi də sistemin düzgün təşkil olunmamasıdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Lakin 3 gündür ki, Bakı Nəqliyyat Agentliyindən bu mövzu ilə bağlı heç bir cavab ala bilmədik.

Xəzər TV-nin mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

MN: Döyüş əməliyyatları uğurla davam edir

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib

Bərpa olunan enerji tənzimlənməsi üzrə ilk qanun layihəsi hökumətdə baxılır

Bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc edilən məqalədə bildirib

Tərtərin Tapqaraqoyunlu kəndində qaz təchizatının bərpasına başlanılır

Bu barədə Qazet.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib

“WarGonzo” kanalının qurucusu Semyon Peqov Qarabağdan qaçdı

Bildirilib ki, onun Xabarovska gəlişi "yeni araşdırmalarla" əlaqədardır

Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib