TRT Qarabağdan növbəti filmini təqdim etdi – Video

Dünyanın nüfuzlu televiziya kanalı “TRT Vörld” Ermənistan-Azərbaycan münaqişəsinin insanların həyatına vurduğu ağır zərbələrdən bəhs edən daha bir sənədli film yayımlayıb.

Qazet.az xəbər verir ki, filmdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədr müavini, ADA Universitetinin professoru Gülməmməd Məmmədovun keşməkeşli həyatı fonunda azərbaycanlı məcburi köçkünlərin üzləşdikləri məhrumiyyətlərdən, əzablardan danışılır.

- Advertisement -

Qeyd edək ki, Gülməmməd Məmmədov Laçın rayonundan məcburi köçkün düşüb. 14 yaşında ilk dəfə parta arxasında əyləşən Gülməmməd Məmmədov bütün çətinliklərə baxmayaraq təhsildə böyük uğurlar əldə edib. Bakı Dövlət Unversitetinin Fizka fakültəsinə daxil olan Gülməmməd Məmmədov təhsilini İtaliyada, daha sonra isə ABŞ-ın nüfuzlu Sirakuz Universitetində davam etdirərək, elmlər doktoru, professor dərəcəsinə yüksəlib.

İngilis dilli auditoriya üçün nəzərdə tutulan “Dağlar oğlu” sənədli filmdə Gülməmməd Məmmədov Ermənistan-Azərbaycan münaqişəsinin ağır fəsadlara yol açdığını, insanların həyatında kədərli izlər buraxdığını bütün kontekslərdə izah edir.

Xatrladaq ki, filmin çəkilişləri Bakı şəhəri ilə yanaşı Ağcabədi və Daşkəsən rayonlarında məcburi köçkünlərin yaşadıqları ərazilərdə aparılıb.

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir

Bu barədə Qazet.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib

MN: Döyüş əməliyyatları uğurla davam edir

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib

Bərpa olunan enerji tənzimlənməsi üzrə ilk qanun layihəsi hökumətdə baxılır

Bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc edilən məqalədə bildirib

Tərtərin Tapqaraqoyunlu kəndində qaz təchizatının bərpasına başlanılır

Bu barədə Qazet.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib

“WarGonzo” kanalının qurucusu Semyon Peqov Qarabağdan qaçdı

Bildirilib ki, onun Xabarovska gəlişi "yeni araşdırmalarla" əlaqədardır