“Erməni xalqının yiyəsi yoxdur, erməni xalqına xəyanət ediblər”- Erməni hərbçilər arasında qarşıdurma yarandı

Ermənistan ordusunun hərbçiləri arasındakı nizam-intizamsızlığa dair yeni videogörüntü yayılıb.

Qazet.az-ın məlumatına görə, hərbçilər arasındakı dialoqda əsgərlərin acınacaqlı durumda olduğu, habelə zabit-əsgər münasibətlərindəki qarşıdurmanın ən yüksək həddə çatdığı əks olunur.

- Advertisement -

– Biz 10 gündür ki, bura gəlmişik. Yiyəsiz şəraitdə qalmışıq.

– Yiyəsiz olmamısınız! Mən sizin başınızın üstündə olmuşam.

– Nə edəcəyimizi bilmirik.

– Qaçanda bilməyəcəksiniz də!

– Silah atəş açmır!

– Ver bura! Baxım görüm! Silahın atəş açmır?! Silahı hər dəfə atəş açandan sonra təmizləmək lazımdır. Bəs palçığın içində dava edirsən! (silahdan atəş açır-red) Niyə atəş açdı?! Al tut! (silahı verir-red) Gəlin irəli! İndi mənimlə birlikdə piyada vuruşmağa gedirik!

– Mən konkret irəli getməyəcəyəm!

– Bunun üzünü çəkin! Birləşdir, bunun üzünü göstər.

– Birləşdirmə! Birləşdir! Sözümü deyim! Deyim ki, yiyəsiz camaatın çəkməsi yoxdur ki, geyinsin.

– Bəs ayağınızdakı nədir?!

– Mənim varımdı. O birinin yoxdur?!

– Kimin yoxdur?!

– “Buşlat” yoxdur, yağış, palçığın içindədirlər.

– Yalan deyirsən! Mən hərbi hissə komandiriyəm. Millət, baxın! Bizim erməni xalqı neçə geri qaçır!

– Millətim, baxın! Erməni xalqı qaçmır. Erməni xalqının yiyəsi yoxdur, erməni xalqına xəyanət ediblər!

– Hərbi hissə komandiri cənab Mikayelyan, mən bunu sizə şəxsən göndərəcəm. Bu sözləri deyən, danışan razdanlıdır.

– Cənab Mikayelyan, sizin həmkəndlinizəm, Vartgezin oğluyam. Yiyəsizik! “Roqatka” ilə deyirlər ki, gedin! Silah istəyirik. Deyirlər ki, yoxumuzdur. Deyirlər, piyada tankın önünə gedin!

– Baxın, çiynində “roqatka” dır?! Mən bu videonu şəxsən sənə göndərəcəyəm. Yayloyandır. Baxın, erməni milləti sənin müdafiəçilərin neçə qaçır!

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

KOBİA dövlət-özəl tərəfdaşlığının inkişafı üzrə EBRD-lə layihəyə başlayacaq

KOBİA dövlət-özəl tərəfdaşlığının inkişafı üzrə EBRD-lə layihəyə başlayacaq

DİN-in mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək

DİN-in mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək

Tanınmış vəkil Tahir Əlirzayev koronavirusdan vəfat edib

Tanınmış vəkil Tahir Əlirzayev koronavirusdan vəfat edib

FRANCE-24 Ağdam haqqında: bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar

FRANCE-24 Ağdam haqqında: bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar

Şəhid kapitan Biləsuvarda dəfn edilib

Şəhid kapitan Biləsuvarda dəfn edilib