Bakı 27˚C Sunny

Naxçıvan-Türkiyə sərhədi niyə bağlandı?

Gündəm 19:01 01 iyl, 2022

“Sərhədlərin bağlanması sentyabrın 1-ə kimi qüvvədədir"

Naxçıvan-Türkiyə sərhədi niyə bağlandı?

Sosial şəbəkələrdə Türkiyə-Naxçıvan sərhədinin dünəndən piyada və şəxsi avtomobillər üçün bağlandığı haqda məlumatlar yayılıb.

Qazet.az xəbər verir ki, bununla bağlı medianın sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətindən bildirilib ki, DSX tərəfindən hazırda vətəndaşların sərhəd buraxılış məntəqələrindən buraxılışı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 232 nömrəli qərarına müvafiq olaraq müəyyən edilmiş qaydalarla həyata keçirilir.

“Sərhədlərin bağlanması sentyabrın 1-ə kimi qüvvədədir. Yalnız qanunda bəzi istisna edilən diplomat və digər şəxslər var ki, onlar sərhəddən keçə bilər”, - deyə qeyd edilib.