Bakı 16˚C Partly sunny

Nazirlikdə yeni TƏYİNAT

Siyasət 17:48 18 avq, 2022
Nazirlikdə yeni TƏYİNAT

İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəqəmsal iqtisadiyyat şöbəsinə müdir təyin edilib.

Qazet.az xəbər verir ki, bu vəzifə Cavid Abdullayevə həvalə olunub/

O, bundan əvvəl Dövlət Turizm Agentliyinin (DTA) Beynəlxalq əlaqələr şöbəsinin xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri işləyib.

4SİM Prezident İlham Əliyevin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Mərkəz Azərbaycanla IV Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.