Bakı 27˚C Sunny

"Neftçi" Gürcüstan millisinin müdafiəçisi ilə 2 illik müqavilə bağlayacaq

İdman 19:27 03 iyl, 2022

30 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanacaq

"Neftçi" Gürcüstan millisinin müdafiəçisi ilə 2 illik müqavilə bağlayacaq

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Qazet.az "geoteam" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar" Gürcüstan millisinin müdafiəçisi Solomon Kverkveliyanı transfer edib.

30 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Solomon Kverkveliyanın son klubu Gürcüstan "Qaqra"sı olub. O, daha əvvəl Rusiyada "Zenit", "Rubin", "Lokomotiv" (Moskva), "Rotor", həmçinin, Ukraynada "Metalist" kimi komandaların formasını geyinib.