Bakı 25˚C Sunny

"Neftlix" futbolçu haqqında film çəkdi

İdman 17:50 18 avq, 2022
"Neftlix" futbolçu haqqında film çəkdi

"Netflix" şirkəti sabiq futbolçu Luiş Fiqunun 2000-ci ildə "Barselona"dan "Real"a qalmaqallı transferindən bəhs edən sənədli film çəkib. 

Qazet.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə platformanın sosial şəbəkə hesablarında məlumat yayılıb. Filmin təqdimatı avqustun 25-də olacaq. 

Filmin ərsəyə gəlməsində "Real"ın prezidenti Florentino Peres, "Barselona"nı sabiq prezidenti Joan Qaspar, Fiqunun sabiq komanda yoldaşı Xosep Qvardiola, Fernando Yerro, Roberto Karlos və Fiqunun özünün iştirak etdiyi bildirilib. Layihənin rejissorları isə David Tiorn və Ben Nikolasdır. 

Qeyd edək ki, Fiqu 2000-ci ildə 62 milyon avroya "Barselona"dan "Real"a keçib. Bu, Kataloniya təmsilçisinin azarkeşlərinin mənfi reaksiyalarına səbəb olub.