İsmayıllıda hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ata cərimələnib – FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə övladının hərbi xidmətdən qayıtması ilə əlaqədar yığıncaq təşkil edən ata inzibati məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qazet.az-a verilən məlumata görə, ölkədə elan edilmiş karantin rejimi qaydalarının rayon ərazisində pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər nəticəsində Hacıhətəmli kənd sakini Ədalət Kərimovun öz həyətində məclis təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclis dayandırılıb və karantin qaydalarının pozulmasına görə, orada olan 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib

Prezident İlham Əliyev taksi sürdü – FOTO – Video

Dövlət başçısı taksilərdən birinin sükanı arxasında əyləşərək idarə edib

Bakı çimərliklərində dənizdə üzmək qadağan edildi

Bakıdakı çimərliklərə gələnlərə dənizdə üzmək qadağan edildi

Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib

Neftçala Rayon Polis Şöbəsinə şəhər ərazisində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub